Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

Büdcə daxilolmalarında 101 milyon manatlıq cərimə..

04:55  |    24 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

İqtisadçı ekpsert Qubad İbadoğlu yeni ilin büdcə hesabına daxiolmalarla bağlı maraqlı şərh verib. Ekspert bildirib ki, Gələn ilin büdcəsinə 101 milyon cərimə və sanksiyalar ödənilməlidir. O bunun yalnız sahibkarların ödəyəcəyi məbləğ olduğunu vurğulayıb: “2017-ci ilin dövlət büdcəsinin 101 milyon manatını cərimə və sanksiyalar üzrə daxilolmalar təşkil edəcək ki, onun da 88,1 fazi və ya 89 milyon manatı büdcə qanunvericiliyinin pozulmasına görə daxilolmlardan formalaşacaq. Ondan 39 milyon 899 min manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 27 milyon 423 min manat ını əlavə dəyər vergisi, 5 milyon 30 min manatını fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar , 4 milyon 986 min manat sadələşdirilmiş vergi, yerdə qalan hissəsini isə digər vergilər üzrə maliyyə sanksiyalarından daxilolmalar təşkil edəcək”.

Maliyyə Nazirliyi cari ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin icrasına dair məlumat açıqlayıb. Bildirilir ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 15,955 mlrd. manat (Mərkəzi Bankın bugünkü kursu ilə 9 milyard, 817 milyon, 253 min, 260 ABŞ dolları), xərcləri isə 16,6 mlrd. manat təşkil edəcək. Qubad İbadoğlunun açqıladığı rəqəm gələn ilin dvölət büdcəsinə daxilolmaların 0.7 faizini təşkil edir.
Sahibkarların cərimələnməsi ilə bağlı bir sıra qanunla müəyyənləşmiş səbəblər var. Məsələn, deyək ki, dünyada il ərzində 2 milyon 300 min nəfər istehsalatda bədbəxt hadisələr və xəsarətlər nəticəsində dünyasını dəyişir. Azərbaycanda isə 2008-ci ildə 72 nəfər, 2009-cu ildə isə 69 nəfər istehsalatda bədbəxt hadisələr və xəsarətlər nəticəsində həlak olub: “İstehsalatda baş verən bədbəxt hadisəni gizlədən şirkət 2 min manat dəyərində cərimələnəcək. Bu kimi halların aşkarlanmasında isə hüquq-mühafizə orqanlarının köməyindən istifadə olunacaq.

Əmək Müfəttişlinin rəsmisi qeyd edib ki, Azərbaycanda 4 mindən artıq işə götürən var və bütün bunlara nəzarət etmək olduqca çətindir”. Qurum nümayəndəsi onuda qeyd edib ki, nəzarət etmək məsələsində müdia qurumlarının da köməyi dəyə bilər.

Bütün bunlar sahibkarların cərimələnməsi və sanksiyalar hesabına büdcəyə daxilolmaların məbləğ göstəricilərinin konkret olmadığını göstərir.
Həmçinin Azərbaycanda sahibkar yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya verməməsinə, təhrif olunmuş, yanlış məlumatı verməsinə görə də cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602,4 maddəsinə dəyişiklik təklif olunur. Dəyişiklik layihəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda verməsinə, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatədək cərimə edilir.Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qubad İbadoğlunun da dediyi kimi iqtisadi təhlil işində cərimə və sanksiyalar proqnozlaşdırılmır: ”Belə qiymətləndirmələr zamanı cərimə və sanksiyalar üzrə faktiki daxilolmalar göstəricindən istifadə olunur. Çünki, bu mənbədən nə qədər vəsait daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hətta proqnozlaşdırma aparılarsa onun dəqiq icrasına necə nail olmaq olar? Axı, əvvəlcədən kim necə müəyyənləşdirə bilər ki, sahibkar vergi qanunveriicliyini mütləq pozacaq və ondan da bu qədər cərimə və sanksiyalar alınacaq. Bəlkə növbəti il əksər sahibkarlar büdcə qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirdi, qanunvericiliyi pozanlar barəsində isə vergi orqanları bilməyərəkdən və ya bilərəkdən məlumatsız oldu.”.


Rüfət Soltan

Adalet.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM