Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6700

Digər sorğular

Kəramət Böyükçöldən daha bir qalmaqal: “O, şeir yaza bilmir”

22:39  |    23 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


“Qızıl bir qayda var: istedadlı şair şeir yazmaqdan başqa heç nə bacarmır. Səlim isə hər şeyi bacarır, bircə şeir yaza bilmir”.

Bu sözləri gənc yazıçı Kəramət Böyükçöl (Nəcəfov) musavat.com-a açıqlamasında şair Səlim Babullaoğlu haqqında danışarkən bildirib.

Qeyd edək ki, gənc yazar bu günlərdə həmkarı haqqında geniş tənqidi, istehzalı köşə də yazıb. Onun “Axı Anarın günahı nədir?” başlıqlı köşəsi mətbuatda diqqət çəkib, sosial şəbəkələrdə müzakirə olunub.

Adıçəkilən köşədə şair Səlim Babullaoğlunun yenicə çapdan çıxan “İlyas Köçmənin şəkil dəftəri” adlı şeir kitabının Gənc Tamaşaçılar Teatrında təqdimat mərasimi və “Vizual poeziya” seansından, yazıçı Anarın tədbirdəki iştirakından söz açılır. Köşə diqqət çəksə də bəziləri müəllifin bu yolla özünü piar etdiyini, şəxsi münasibətlər fonunda həmkarına qarşı qərəzli yanaşdığını bildirib.

Kəramət Böyükçöl qərəz iddialarına bu cür cavab verdi: “Düzü, qərəz pis şey deyil, yazıçı bir az da qərəzli olmalıdır. Amma düşünmürəm ki, mənim xoşuma gələn qərəz Səlim haqqında yazımda var. Daha çox ciddi qəbul elədiyin mövzulara, haqqında ciddi yazı yazdığın adama qarşı qərəz ola bilər. Səlim bir insan kimi doğrudan da gözəldir. Bir adam ki, sıfır faiz pivə içə o necə pis ola bilər? Hər dəfə onun haqqında yazandan iki dəqiqə sonra peşman oluram. Amma hansı daşı qaldırırsan, altından Səlim çıxır. Gah jurnal redaktoru olur, gah kitab layihəsinin rəhbəri olur, gah şeir festivalı keçirir, ora qaçır, bura qaçır. Bəsdir də! Bir az yorul da! Belə hərəkətli şair olar? Qızıl bir qayda var: istedadlı şair şeir yazmaqdan başqa heç nə bacarmır. Səlim isə hər şeyi bacarır, bircə şeir yaza bilmir. O ki, qaldı onun haqqında nə üçün bir neçə dəfə yazmağıma, Səlim elə bir tipdir ki, hədəfə gəlir, ondan nə vaxt yazsan oxuculara da ləzzət eləyir, özümə də! Dünəndən bəri mənə nə qədər zəng gəlib, hamısı da gülməkdən uğunub gedir. İnsanları güldürməkdən gözəl nə var ki? Səlimin ədəbiyyatda ən böyük xidməti adamların üzün güldürməkdir”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışdıq. Şair Səlim Babullaoğlu mövzuya şərh vermək istəmədiyini bildirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Nazirlik yoxlamalar apardı - Ciddi nöqsanlar aşkar edildi
18.02.2020
Neft Daşlarında çalışan üç qazinin həyat hekayəsi
17.02.2020
Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
17.02.2020
Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb
17.02.2020
Deputat Vahid Əhmədov: "Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib" - VİDEO