Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Şahbaz Quliyevin qardaşı: “Çəkisi 110 kq-dan 50 kq-a düşüb“

18:56  |    23 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Artıq 3 ilə yaxındır ki, Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncə və qeyri-insani rəftara məruz qalır.

APA TV-nin xəbərinə görə, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında deyib.


O bildirib ki, girovların geri qaytarılması istiqamətində iş getsə də, heç bir nəticəsi yoxdur və beynəlxalq təşkilatlar bu günə qədər susurlar: "Hər kəs təxmini də olsa, təsəvvür edə bilər ki, bu gün erməni əsirliyində olmaq nə deməkdir? Bir azərbaycanlı erməni əsirliyində hansı əzabları, hansı zülmləri çəkir? Xüsusilə də Dilqəm və Şahbaz. Ermənilərin xüsusi nifrət elədiyi Dilqəm. Onların üzərində qondarma məhkəmə prosesi quruldu və bu məhkəmənin obyektivliyinə heç kim inana bilməz".

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə girovların vəziyyətinin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, qardaşı Şahbaz 3 il ərzində 110 kq-dan 50 kq-a qədər arıqlayıb: "Belə görürəm ki, 1 ildən sonra onlarda adamlıq qalmayacaq. Məni Qızıl Xaça dəvət etdilər. Şəkillərinə baxdım. Demək olar ki, o insan yox dərəcəsindədir".

İclas iştirakçıları adından Azərbaycan prezidentinə, BMT-nin insan hüquqları üzrə ali komissarına və Rusiyanın Azərbaycandakı səfirinə müraciət qəbul olunub. Müraciətdə bildirilir ki, D.Əsgərov və Ş.Quliyev qənaətbəxş şəraitdə saxlanılmır, onlara qarşı beynəlxalq insan hüquqları normaları pozulub və pozulmaqda davam edir.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq