Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Əfv olunanların sayı açıqlandı

16:50  |    23 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanda son 1 il ərzində əfv olunan şəxslərin sayı açıqlanıb. Modern.az-ın xəbərinə görə, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məlumat verib.

Nazir "Azərbaycan” qəzetində dərc etdirdyi məqaləsində bildirib ki, son 1 il ərzində ölkədə 358 nəfər əfv olunub:


"Möhtərəm Prezidentimizin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfər əfv olunmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə qəbul olunmuş sayca 4-cü amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib”.

Fikrət Məmmədov qeyd edib ki, 6300 məhkum son 1 ildə şərti azadlığa buraxılıb:

"Həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılmış, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.235 məhkum barədə məhkəmələrə təqdimat göndərilmiş, artıq onlardan 860-na baxılmış və hamısı təmin edilib”. Bununla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun səmərəli tətbiqi nəticəsində bu günədək həqiqi islah yoluna qədəm qoymuş 6.300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Bu gün ən güclü külək Bakıda yox, bu 2 şəhərdə əsib
25.02.2020
Mehriban Əliyeva daha bir məşhur simanın müalicə xərclərini üzərinə götürdü
25.02.2020
Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirildi - Koronavirusa görə...
25.02.2020
Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO
25.02.2020
Bakıda öldürülən polisin FOTOLARI