Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Səlim Müslümov Qətərin Azərbaycandakı yeni səfiri ilə görüşüb

15:24  |    23 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüş olub. Bu barədə QAZİLER.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Azərbaycan və Qətər hökumətləri arasında arasında işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında sazişin hazırlanması müzakirə edilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Yusif əl-Saai ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan ilə Qətər dövləti arasında dost münasibətlərinin mövcud olduğunu, iki ölkə arasında əlaqələrin daim gücləndiyini bildirib. Ölkəmizin inkişaf dinamikası barədə səfirə məlumat verən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, iqtisadi tərəqqi proseslərinin ildən-ilə güclənən sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir əhalinin rifahına yönələn mühüm sosial proqramların uğurla davam etdirildiyini, sosial cəhətdən həssas qrupların sosial müdafiə sistemi ilə əhatə edildiklərini diqqətə çatdırıb: “Yoxsulluq və işsizliyin 5 faizə endiyi Azərbaycanda sosial-iqtisadi inkişafın dayanıqlı xarakter alması demoqrafik vəziyyətə də müsbət təsir göstərir. Təkcə bu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin sayı daha 0,8 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 9784,6 min nəfərə çatıb. Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını da iki dəfəyə yaxın üstələyib. Əhalinin gəlirlərində artım tendensiyasının davamı kimi, bu ilin 10 ayında həmin gəlirlər 8,7 faiz çoxalıb. Muzdla çalışanların orta aylıq əmək haqqı isə 2003-2015-ci illərdə 5,6 dəfədən çox, bu ilin 9 ayında 6,4 faiz artıb”.
S.Müslümov dünya maliyyə böhranının dərinləşdiyi son vaxtlarda Azərbaycanda postenerji dövrünə xas yeni çağırışlara uyğun şəkildə aparılan islahatlardan bəhs edib. O bildirib ki, bu islahatlar ölkədə qeyri-neft sektoruna əsaslanan dayanıqlı inkişafa zəmin yaratmaqla, daim artan əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə də imkan verir. Respublikada demoqrafik inkişaf şəraitində məşğul əhalinin artım tempinin iqtisadi fəal əhalinin artım tempindən yüksək olması da bunun əyani təzahürüdür. Möhtərəm dövlət başçısının tapşırığına əsasən, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, əhalinin özünüməşğulluğunun dəstəklənməsi məşğulluq imkanlarının artmasında növbəti mühüm irəliləyişlərə səbəb olacaq.



Nazir Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılan avtomatlaşdırılmış sistemlər barədə də səfiri məlumatlandırıb. S.Müslümov digər bir çox islam ölkələri kimi, Qətər Dövləti ilə də əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirildiyini bildirib: “Əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransının iştirakçıları ilə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək mərkəzinin yaradılması barədə irəli sürdüyü təklif artıq reallığa çevrilir. Bu təklif təşkilata üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Həmin ölkələrin əmək nazirlərinin ötən ilin oktyabr ayında İndoneziyada keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnamə layihəsi bəyənilib. İƏT Xarici İşlər Nazirləri Şurasının cari ilin oktyabr ayında keçirilmiş 43-cü sessiyasında bu Nizamnamə artıq təsdiq edilib. İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması Təşkilata üzv dövlətlər, o cümlədən Azərbaycanla Qətər dövləti arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın daha sistemli şəkildə təşkil olunmaqla genişlənməsinə şərait yaradacaq”.



S.Müslümov eyni zamanda iki ölkənin hökumətləri arasında işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında sazişin hazırlanması barədə Qətər dövlətinin təklifinin məqsədəuyğun olduğunu bildirib. Vurğulanıb ki, həmin saziş çərçivəsində Qətər dövlətindən yerli əmək bazarında bir sıra sahələrdə tələb olunan ixtisaslar üzrə mütəxəssislərin Azərbaycana, həmçinin Qətər dövlətində 2022-ci ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına hazırlıqla bağlı geniş həcmdə görülən işlərə Azərbaycandan da əmək resursları cəlb oluna bilər.
Ölkəsinin Azərbaycana daim dost münasibəti göstərdiyini qeyd edən Yusif bin Həsən Yusif əl-Saai Azərbaycanın uğurlu inkişafından, o cümlədən respublikada əhalinin rifahına xidmət edən səmərəli islahatların aparılmasından məmnun olduqlarını diqqətə çatdırıb. Səfir İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. O, ölkələrimizin digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığına töhfə vermək əzmi ilə səylər göstərəcəyini vurğulayıb.

Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.






Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU