Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir

19:12  |    21 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub. Ekspertlər hesab edir ki, 2017-ci ilin büdcəsi son 10 ilin ən aşağı büdcəsidir. Yeni büdcə zərfində bir çox təsərrüfat və sosial sahələrdə azalma müşahidə olunub. Müdafiə və tikinti xərclərində isə cüzi artım olacaq.

İqtisadçı Qubad İbadoğlu gələn il üçün dövlət büdcəsinin layihəsinin ictimai müzakirəsi zamanı deyib ki, dövlət büdcəsi təxminən $9 mlrd.-dan bir az çox təşkil edir və son 10 ilin ən aşağı göstəricisidir. Q.İbadoğlu xatırladıb ki, ən böyük büdcə 2013-cü ildə olub - $25 mlrd.Konkret rəqəmləri açıqlayan iqtisadçı deyib ki, büdcənin 38%-i neft gəlirlərinin, 45% vergilərin, 14% gömrüyün, 3% digər sahələrin hesabına formalaşıb.

"Son illərin təhlili büdcə vəsaitinin qeyri-effektiv xərcləndiyini göstərir. Bu illər ərzində investisiyalara 24,4 mlrd. manat xərclənib və bu, əsasən tikintiyə yönəldilib. İnvestisiyaların qeyri-məhsuldar xərclənməsi indi dövlət büdcəsinə təsir göstərir”, - Q.İbadoğlu vurğulayıb.

Dövlət borcunun ödənilməsi ilə bağlı xərclərin artmasına toxunan iqtisadçı bildirib ki, 2017-ci ilin dövlət büdcəsində bu xərclər maddəsi 12,4% təşkil edir: "Borc götürənlər onları səmərəli xərcləyə bilməyiblər. Nəticədə borcların qaytarılması yükü dövlət büdcəsinin üzərinə düşür və bu da vergiödəyicilərinin hesabına doldurulur ki, bu sıraya biz də aidik”.

Ekspert Vüqar Bayramov büdcə müzakirəsi ilə bağlı öz təkliflərini verib. O bildirib ki, növbəti mərhələdə neftdən kənar əldə edilən gəlirlər artırılması çox vacibdir. İqtisadçı monitorinqlərin nəticələrinə arxalanaraq digər mənbələrdən də büdcəyə gəlirlərin azaldığını deyir.

Büdcə gəlirlərinin neftdən qeyri-asılı vəziyyətə gətirilməsinin vacibliyini vurğulayan Vüqar Bayramova görə, dövlət büdcəsinin icrasındakı vəziyyət dünya bazarında neftin qiymətindən də çox asılıdır:
"Dövlət büdcəsinin gəlirlərinin azalması daha çox neftdən daxil olmalarla bağlıdır. 2016-cı ilin birinci yarısında dövlət büdcəsində defisit qeydə alınıb. Dövlət büdcəsinin xərcləri gəlirlərindən daha çox olub və Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin gəlirlərinin azalması fonunda xərcləmələrin davam etməsi defisitin yaranmasına səbəb olub. Bu ilin 6 ayında dövlət büdcəsinin gəlirləri 6 milyard 134 milyon manat, dövlət büdcəsinin xərcləri isə 6 milyard 821 milyon manat olub. Bu o deməkdir ki, yarımildə dövlət büdcəsində 687.7 milyon manat kəsir yaranıb. Əslində bu kəsir vergi daxilolmalarından deyil, birbaşa neft sektorundan daxilolmaların azaldılması hesabına baş verib”.

Milli Məclisin deputatları da müzakirəyə çıxarılacaq 2017-ci il büdcəsi ilə bağlı sorğuda iştirak edib. Maliyyə nazirliyi 2017-ci ilin büdcəsini açıqlasa da, hələ büdcə qanunu layihəsi millət vəkillərinə paylanmayıb. Millət vəkili Fazil Mustafa açıqlamasında deyib ki, böhran şəraitində hökumətin hansı xərcləri təklif edəcəyini qabaqcadan söyləmək mümkün deyil: "Mənə qalsa, deyərəm ki, büdcəni necə doldurmaq lazımdır, haradan nə götürmək lazımdır. Amma bu mənim ixtiyarımda olan məsələ deyil, dövlətin öz resursları var, büdcəni də ona görə müəyyən edirlər”.

Hadı Rəcəbli də ölkə büdcəsinin azlığından da şikayətlənib: "2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək onun heç olmasa ən azı 50 faizini verək. Sağlamlığını itirən, minaya düşənlər də deyəcək ki, bizə də 100 min manat verin. Mən onlardan yaxşı bilirəm. Belə fikirlər yalnız populizmdir. Mümkün deyil”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycan 2017-ci ildə nəzərdə tutulan sosial xərcləri azaltmayacaq: "Sosial xərclərdə heç bir ixtisar ola bilməz, çünki Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sosial sahənin hər zaman diqqət mərkəzində olmasını nəzərdə tutur. Fikrimcə, gələcəkdə də biz sosial xərclərin ixtisarı məsələsi ilə üzləşməyəcəyik”.

Milli Büdcə Qrupunun eksperti, iqtisadçı Azər Mehdiyev daha çox qənaətcil büdcə gözləyir. Ancaq Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında gəldiyi qənaət budur ki, bəzi sahələrdə xərclər ciddi azaldılsa da, xərclənmə təyinatı qeyri-müəyyən və daha az şəffaf olan "sair xərclər”, "digər xərclər” maddələrinə elə də əl gəzdirilməyib. "Sərt tiyəli qayçı görməyən” maddələrdən biri də Prezidentin Ehtiyat Fondudur, ekspert hesab edir.


Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon, xərcləri 16 milyard 600 milyon hesablanıb. Bu, 2016-cı ilin büdcəsinə nisbətən azdır. Bu il 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.


Rüfət Soltan
Adalet.az

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM