Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

ŞOK İTTİHAM: Telman İsmayılovun qardaşı 5 milyon dollara görə qətl sifariş verib - TƏFƏRRÜAT - YENİLƏNİB

15:27  |    21 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov qətlini sifariş verdiyi Vladimir Savkinə 5 milyon 500 min dollar borclu imiş. Bu barədə Rusiya KİV-ə istintaq orqanlarındakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, bir neçə il öncə onların Moskvada şərikli əyləncə mərkəzləri olub. Sonradan həmin mərkəzi satıblar. İsmayılov ümumi puldan 5 milyon 500 min dollar götürərək tezliklə qaytaracağını söz verib, amma qaytarmayıb.


Qətlə yetirilən Yuri Brilyov isə təsadüfən hadisə yerində imiş. Savkin görüşə tək getməmək üçün dostunu da özüylə götürübmüş. Nəticədə hər ikisi killerin qurbanı olub.

**
10:44

Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

APA-nın “dni.ru” saytına istinadən verdiyi xəbərə görə, R. İsmayılov qətlləri törədən killer Mehman Kərimovu müşayiət edib. Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.

“Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus “Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. M. Kərimov iş adamları ilə söhbət edərkən R. İsmayılov maşından düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R. İsmayılov isə bu dəfə ayrı-ayrı maşınlarda onları izləyib.

Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V. Savkin və Y. Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub. Qısa müddət sonra şübhəli şəxs M. Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M. Kərimov qətldən öncə bir neçə dəfə R. İsmayılova zəng edib. O da müəyyənləşib ki, R. İsmayılovla V. Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R. İsmayılov bütün pulu özünə götürüb. “O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Məhkəmə R. İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb.

10:26

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının qətlini sifariş verməkdə ittiham olunur. İsmayılovla birgə, başqa bir azərbaycanlı Mehman Kərimov da istintaqa cəlb edilib.

10:14

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

APA-nın "dni.ru" saytına istinadən verdiyi məlumata görə, o, iki iş adamının qətlində günahkar bilinir.

YENİLƏNİR...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM