Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6958

Digər sorğular

Sosial evlər kimlərə güzəştlə satılacaq? - Detallar açıqlanıb - VİDEO

03:59  |    18 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən aşağı qiymətə mənzil sahibi ola biləcəklər

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Azərbaycanda yeni inşa edilən sosial evlərin satışı ilə bağlı bəzi qaydalar müəyyənləşib. Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən aşağı qiymətə mənzil sahibi ola biləcəklər. Bununla yanaşı, bu mənzilləri almaq üçün də ilkin ödəniş edilməlidir.

Bundan başqa, elmlər və ya fəlsəfə doktoru adı alanlar, uzun müddət dövlət qulluqçusu olanlar, daxili işlər orqanlarında 3 il xidmət keçib xüsusi rütbəsi olan gənc ailələr də güzəştli şərtlərlə mənzillər əldə edə biləcəklər. Gənc ailə dedikdə isə yaşı 35-dək olanlar nəzərdə tutulur. Bundan başqa, bazar qiymətindən ucuz olacaq sosial evləri digər bütün vətəndaşlar da nəğd pul, ipoteka və digər kreditlər hesabına əldə edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mənzillərin qiymətləri və qaydalar üzərində iş davam etdirilir və gəlcəkdə qaydalarda dəyişikliklər ola bilər. Belə mənzilləri almaq üçün müraciət yalnız elektron formada olacaq ki, bunun üçün də güzəştli mənzil portalı yaradılır. Həmin portal hazır olduqdan sonra dəqiq qaydalarada qüvvəyə minəcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - VİDEO
11.07.2020
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
10.07.2020
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənildi
10.07.2020
Kapital Bankın dəstəyi ilə 68 şəhid ailəsi və Qarabağ əlillərinə mənzil verildi - FOTOLAR
09.07.2020
Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO