Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6956

Digər sorğular

Vətəndaşları təhqir edən gömrük işçisi işdən qovuldu — VİDEO

03:01  |    18 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Gömrük postlarından birində ölkəyə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub.

Ölkə.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanın Gürcüstanla sərhədindəki "Sınıq Körpü" gömrük məntəqəsinin əməkdaşı Kamal Hüseyn oğlu Nəzərov tutduğu vəzifədən azad edilib və gömrük orqanlarından xaric olunub.

Qeyd edək ki, gömrükdə baş verən bu insidentlə bağlı videonu Meydan TV yayımlamışdı. Kadrlara əsasən, həmin zabit qonşu ölkədən qayıdan vətəndaşlarla heç bir əsas olmadan kobud davranır, onların bağlamalarını alıb yerə atır, özlərini söyür. O, əl çantasını gömrük baxışı üçün təqdim etməyə çalışan qadını əliylə hədələyib deyir: "”Kor sənsən. Mənim beynimdə 24 milyon şey var... rüşeym, hüceyrə var, sən həmişə də gedibsən...”

Videogörüntü sosial şəbəkələrdə rezonans yaradıb, tənqidə səbəb olub. Bundan sonra Gömrük Komitəsi zabitlə bağlı ölçü götürüldüyünü bəyan edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"
13.07.2020
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
13.07.2020
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı”
13.07.2020
Şəhid olan baş leytenantın FOTOSU - İki qardaş idilər, ikisi də...
13.07.2020
Baş əsgər Elşad Məmmədov Tovuzda dəfn edildi - FOTO