Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Qarabağda Aprel savaşı Yaponiyanı silkələdi - Foto

02:39  |    18 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Yaponiyanın məşhur “Hokkaydo” qəzetində Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi Əlibəy Məmmədovun müsahibəsi yayımlanıb.

Qaziler.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələrindən bəhs olunan müsahibədə Aprel döyüşlərindən də söhbət açılıb və müharibənin nə zaman bitəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlibəy Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq istəmir və insanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşır. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil.

O, həmçinin, deyib ki, sözügedən müsahibə yayımlanandan sonra Yaponiyadan ismarışların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar Dağlıq Qarabağ məsələsinə ciddi maraq göstərir.

Qeyd edək ki, “Hokkaydo” qəzetinin gündəlik səhər satışı 1 milyon 23 min 378, axşam satışı 432 min 422 nüsxədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb