Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Azərbaycan prezidenti Donald Trampa zəng edib

23:28  |    17 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan prezidenti Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib