Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Cəbhə bölgəsində təlimlərin yekunlarına dair iclas keçirilib

18:31  |    17 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib. QAZİLER.AZ nazirliyin saytına istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən irimiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Nazir bütün qoşun növ və qisimləri, xüsusi təyinatlılar, təminat vasitələri tərəfindən döyüş şəraitinə maksimal uyğunlaşdırılmış vəziyyətdə imkanlarını praktiki tətbiq edərək təlim-döyüş tapşırıqlarının tələb olunan səviyyədə icrasına nail olunduğunu qeyd edib, həmçinin döyüş atışlarının icrası, bölmələrin və atəşin manevrlərinin həyata keçirilməsi zamanı komandirlərin və şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndirib.
Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Müdafiə naziri belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?