Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6955

Digər sorğular

Vikipediyada himnimizlə bağlı təhrifə yol verilib - VİDEO

03:59  |    17 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Himnin sözlərinin müəllifi kimi Əhməd Cavad yox, Camo Bəy Hacınski göstərilib

Azərbaycanın Dövlət Himni ölkəmizin, müstəqilliyimizin müqəddəs rəmzidir.

Himnə dərin ehtiram bəsləmək hər bir vətəndaşın borcudur. Amma təəssüf ki, Vikipediya adlanan internet ensklopodiyasında himnimizlə bağlı təhrifə yol verilib. Belə ki, Himnin sözlərinin müəllifi kimi Əhməd Cavad yox, Camo Bəy Hacınski göstərilib.

Əhməd Cavadın nəvəsi, ədəbiyyatçı Süleyman Axundzadə deyir ki, babası Himnin sözlərinin altında bir dəfə Camo sözünü yazıb. Bunun açıqlaması isə belədir: “Məsələ burasındadır ki, uzun illər əvvəl Himnin sözlərinin müəllifi haqda ədəbiyyat xadimlərimiz qısa müddətlik fikir ayrılığı yaşayıblar. Elə zənn ediblər ki, bu həmin dövrün tanınmış publisist və şairi Camo Bəy Hacınskidir”.

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları ilə Vikipediyada təhrif olunmuş müəllif adının araşdırmasını apardıq.

İnstitutdan bildirirlər ki, açıq ensklopediyada hər kəs məqalə yerləşdirə və ya ona düzəliş edə bilər. Müəllifin adını hansısa dərsliyə istinad edərək dəyişdirən ay-pi-nin sahibini müəyyənləşdirmək çətin olsa da, hamı bilməlidir ki, ölkəmizlə, onun tarıxı və mədəniyyəti ilə bağlı məsələlərdə maksimum diqqətli olmaq lazımdır.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Gəncədə yağan güclü yağışın fəsadları aradan qaldırılır
12.07.2020
Gəncədə leysan yağıb, yaşayış evlərini, həyətyanı sahələri su basıb - FOTO
11.07.2020
Bakıda bloqer dövlətdən verilən 190 manat pul ilə aldığı qarpızları təpiklədi - VİDEO
11.07.2020
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi saxlanıldı