Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Anar Məmmədov prezident qızını ad gününə çağırır

20:23  |    16 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

İvanka Tramp Novruz Bayramından sonra Bakıya gələcək.

ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka Tramp Bakıya gəlir. BakiPost.az-ın məlumatına görə, iki il öncə oktyabr ayında Bakıya gələn və atasının adını daşıyan binanın - "Tramp Tower”in tikintisi ilə tanış olan İvanka bu dəfə də elə həmin binaya görə paytaxtımıza təşrif buyuracaq. Prezident qızı artıq birmənalı qaydada Bakının ən prestij li binası olan "Tramp Tover"in açılışına gələcək. O, bu dəfə də məhz bir neçə ay öncəyə qədər ulduzu tamamilə sönmüş və demək olar ki, bütün səlahiyyətləri əlindən alınmış nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şəxsi dəvətlisi olaraq. Bu barədə saytımıza bilgiləndirən mənbə səfərin tarixi barədə də detalları açıqlayıb. Bildirilir ki, İvnak Trampın Bakıya səfəri gələn ilə - konkret, Novruz Bayramından sonraya planlaşdırılır. Səfərin həmin tarixə təyin edilməsinin iki səbəbi var. Biri ev sahibindən, biri qonaq tərəfdən.

Məlumdur ki, Donald Tramp prezident vəzifəsinin icrasına gələn ilin yanvarın sonlarından başlayacaq. Kresloya əyləşdikdən sonra ilk iki ayda yeni sistemə öyrəşməyə və administrasiyası ilə tanışlığa vaxt sərf edəcək. Ona görə də tərəflər düşünüb ki, Tramp soyadının Bakıya səfərinin ata Trampın vəzifəsinin icrasına başlamasından bir neçə ay sonraya ertələsinlər. Səfərin məhz Novruz Bayramından sonraya təyin edilməsinin isə Bakıda ev sahibləri üçün xüsusi əhəmiyyəti var.



Belə ki, Novruz Bayramından sonra – yəni aprel ayında ata-oğul Məmmədovlar üçün əlamətdar günlər var. Hər iki Məmmədovun doğum günü aprel ayındadır. 26-də apreldə Anarın, 28 apreldə isə nazirin özünün doğum günüdür. Trampın Bakı səfərinin məhz aprel ayına salınması da bu baxımdan xüsusi əhəmiyyətlidir. Mənbənin fikrincə, ABŞ prezidentinin ailəsindən bir nəfərin onların şəxsi qonağı olaraq Azərbaycana səfəri Məmmədovlar ailəsinin yenidən yüksəlişinin ilk günü olacaq. Bu baxımdan səfərin də məhz doğum aylarına təsadüf etməsinə çalışırlar. Mesaj isə aydındır: "Biz yenidən doğulur, yüksəlişə keçirik”.



Qeyd edək ki, 33 mərtəbəli "Tramp Tover” 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq. Hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Bu hotelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirib. Otelin ötən ilin iyun ayında istifadəyə veriləcəyi bildirilsə də, Azərbaycanda Məmmədovların "vurulması”, ABŞ-da isə Trampın prezidentlik müəmması bu prosesi təxirə salmışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb