Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Araz Ağalarov: “Trampın nömrəsini heç kimə verə bilmərəm“ - Müsahibə

20:12  |    16 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanlı milyarder Araz Ağalarov yeni seçilmiş ABŞ prezidenti Donald Trampla bağlı Rusiya KİV-ə müsahibə verib. Lent.az müsahibədən maraqlı məqamları təqdim edir.


-Biz sizinlə narahat idik ki, Tramp prezident seçilməyəcək. Amma gördüyünüz kimi güclü çıxdı.


- Hə, Tanrıya şükürlər ki, belə oldu.

- Sual bəlkə də sizin üçün qeyri-ciddi görünəcək. Klinton tərəfdarları deyirdilər ki, siz Trampı maliyyələşdirənlərdən biri olmusunuz…


- Mən özüm özümü maliyyələşdirə bilmirəm, ABŞ prezidentliyinə namizədi necə maliyyələşdirəcəkdim? Elə bir iqtisadi böhrandayam ki, ABŞ prezidenti yadıma düşür? İndi özümüz bu böhrandan çıxmalıyıq, nəinki kimisə maliyyələşdirmək.


- Başa düşdüm. Siz bir neçə dəfə Trampla görüşmüsünüz, məncə, münasibətlər bundan sonra daha da inkişaf edəcək.

- Bircə onu deyə bilərəm ki, yaxşılığa doğru dəyişikliklər olacaq.


- Siz onun xarakterinə bələdsiniz. Xatırlayırsınızsa, həm seçiciləri, həm də elə Rusiyanı qorxudurdular ki, Tramp kobud adamdır. Sözünün üstündə duran deyil, qadınlara irişir, adı seksual qalmaqallarda hallanır...


- Əvvəla onu deyim ki, kişi xoşladığı qadına irişirsə, deməli əsl kişidir. Ən pisi o olardı ki, Tramp kişilərə irişərdi. Nəhayət, onun sözünü tutmamağı barədə. Biznesdə belə bir qayda var, sözünü tutmadınsa, uğur qazana bilməzsən. Tramp iki dəfə müflis olub, amma hər dəfə də ayağa qalxaraq uğur qazana bilib.



- Xaraktercə necə adamdır?

- Donald Tramp mənim xoşuma gəlir.

- Zəhmət olmasa deyin, Tramp Eminin klipinə necə çəkildi? Nə qədər xərc çıxdı?


- Nə pul? Bircə bu çatmırdı. Trampa nə qədər pul verməlisən ki, klipə çəkilə?! Əlbəttə pulsuz çəkildi.

- Yəni tanışlıq xətrinə?

- Hə, Moskvada "Kainat gözəli” müsabiqəsi keçirilirdi. (Müsabiqə Ağalarova məxsus "Krokus Ekspo”da baş tutub) Tramp düz bir həftə bizimlə bir yerdə oldu. Bir gün Emin xahiş elədi ki, bircə epizod da olsa klipə çəkilə bilərmi? Donald dedi ki, fasilədə 10 dəqiqə vaxtı olacaq, çatdıra bilərlərsə, problem yoxdur. Bircə dubla da çəkildi.

- Bir sual da verim. Tramp bir həftə Moskvada oldu deyirsiniz. Bəs Kreml rəsmilərindən kiminləsə görüşmədi?

- Yox, əminliklə deyirəm ki, belə hal olmadı.



- Trampa qələbə münasibətiylə zəng etdiniz?

- ABŞ prezidentinə zəng etmək sizə asan gəlməsin. Amma teleqram göndərəcəyəm.

- Onun telefon nömrəsini bizə verə bilərsinizmi zəng edək?



- Yox, verə bilmərəm.

- Niyə?

- Kiminsə kontaktlarını başqasına razılığı olmadan vermək etik deyil.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"