Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Suriya Prezidenti Ərdoğanı sərt tənqid etdi - XƏSTƏDİR

19:27  |    16 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.

BakıPost xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya televiziyasına müsahibə zamanı Əsəd ABŞ-dakı prezident seçkisindən, ölkəsindəki son vəziyyətdən danışıb. Əsəd müsahibədə həmkarı Rəcəb Tayyib Ərdoğan haqda da fikir bildirərək onu tənqid edib.

Suriya prezidenti müsahibəsində Ərdoğanı tamamilə xəstə bir adam olduğunu bildirib: "Biz xəstə bir adamdan danışırıq. Ərdoğan indiki vaxtda deyil, Osmanlı dövründə yaşayır. O, tamamilə meqalomanyak bir prezidentdir”.

Əsəd Türkiyənin ordusunun Ərdoğana məxsus olduğunu da qeyd edib: "Suriyada terroristlərə qarşı döyüşmək Ərdoğan ordusuna qarşı mübarizə aparmaqdır. Türkiyə ordusu Ərdoğana məxsusdur. Bu Ərdoğan ordusudur".

Suriya prezidenti Donald Tramp ilə müttəfiq ola biləcəklərini açıqlayıb: "Rusiya, İran və ABŞ ilə terrorçulara qarşı müttəfiq ola bilərik. Trampın İŞİD qruplaşmasına qarşı mübarizə aparacağı ilə bağlı səsləndirdiyi fikirlərə ümid edirəm. Amma onun sözünü tutub-tutmayacağını gözləyib görəcəyik".

Suriyadakı hazırkı vəziyyətin bütün dünyanı təhdid etdiyini açıqlayan Əsəd hökumətinin əsas vəzifəsinin terrorçularla mübarizə aparmaq olduğunu vurğulayıb: "Buna görə də Hələbdə vətəndaşlar canlı qalxan olaraq istifadə edilir. Suriyadakı vəziyyət bütün dünyanı təhdid edir. Rusiya və İranın ölkəmizi dəstəkləməsi isə bizim üçün əhəmiyyətlidir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib