Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

NATO Baş katibi Donald Trampa müraciət etdi: “Alyans dağılacaq”

20:35  |    13 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məktubla müraciət edərək onun hakimiyyəti dövründə NATO-nun dağılmaq riski ilə üzləşəcəyi haqda xəbərdarlıq edib.

Qaziler.az xəbər verir ki, NATO Baş katibinin məktubu haqda “The Guardian” yazır. Yens Stoltenberq bildirir ki, Donald Trampın seçilməsi nəticəsində ABŞ-ın NATO-dan çıxması, yaxud alyansın zəifləməsi və dağılması riski yaranıb.

“Biz bütöv nəsillər ərzində təhlükəsizliyimiz üçün ən aydın çağırışlar qarşısında qalmışıq. İndi ABŞ-la Avropa arasında tərəfdaşlığı sınağa çəkmək zamanı deyil”-o bildirir.

Baş katib ABŞ-ın ilk dəfə 2001-ci il 11 sentyabr hücumlarından sonra NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsindən istifadə edib. Və bu dəstək simvolik xarakter daşımayıb. NATO Əfqanıstandakı əməliyyatlara on minlərlə əgər göndərib, onlardan mindən çoxu Birləşmiş Ştatlara hücuma cavab olaraq keçirilən əməliyyatlarda həyatını itirib.

Stoltenberqin sözlərinə görə, ABŞ və Avropa soyuq müharibə dövründən bu yana kollektiv müdafiəni gücləndirmək üçün ən irimiqyaslı tədbirlər görməkdədir. Bu, Rusiyanın aqressiv siyasəti və Yaxın Şərqdəki vəziyyətlə bağlıdır. Və ABŞ Avropanın təhlükəsizliyini qorumaq barədə öhdəliklərinə sadiq olaraq şərq sərhədlərində minlərlə əsgər yerləşdirməyə qərar verib.



Bununla belə NATO baş katibi təsdiq edir ki, Avropa ölkələri hərbi xərcləri artırmalı və ABŞ-ın üzərinə düşən yükü azaltmalıdır. Hazıda alyansın müdafiə xərclərinin 70 faizi ABŞ-ın üzərinə düşür.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı ABŞ-ın NATO üzrə müttəfiqlərinin hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyduqlarını deyib. “Ya onlar ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etməsinə görə pul ödəməli, o cümlədən bundan əvvəlki dövr üçün ödəmələri həyata keçirməli, ya da rədd olmalıdır. Əgər NATO buna görə dağılacaqsa qoy dağılsın”-Tramp çıxışlarından birində deyib. O, NATO-nu “köhnəlmiş” və “faydasız” təşkilat adlandırıb. İndi Kremldə Trampın NATO-nu dağıtmaq vədini yerinə yetirəcəyini səbrsizliklə gözləyirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib