Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Azərbaycan və Misir arasında əməkdaşlığın yeni sahələri müzakirə olunacaq

13:03  |    12 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan və Misir arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivli sahələr bu ayın sonunda Qahirədə keçiriləcək ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq.

Bunu Trend-ə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında ikitərəfli münasibətlərin əsas istiqamətləri energetika, turizm, kənd təsərrüfatı, tibb və əczaçılıqdır.

Bu iclas hökumətlərarası komissiyanın sayca dördüncü iclası olacaq. İclasın gündəliyinə əvvəllər əldə olunmuş sazişlərin icrası, yeni əməkdaşlıq sahələri, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri daxil edilib.

Səfirin sözlərinə görə, Misir Azərbaycanın ASAN xidmət, eləcə də ərazilərin minalardan təmizlənməsi agentliyinin (ANAMA) təcrübəsinin öyrənilməsində maraqlıdır.

Bundan başqa, Azərbaycan “Made in Azerbaijan“ brendinin Misirdə tanıdılmasını planlaşdırır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb