Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı

03:46  |    09 Aprel 2015  |   E-mail  |  Çapa göndər

İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin adına yeni axtarış sistemi istifadəyə verilib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə, "Google"nin nəzarəti altında fəaliyyət göstərən sayt Zlaaatan.com adlanır. Axtarış sistemində ancaq İbrahimoviçə aid məlumatlar, şəkillər, videolar yer alıb.

Layihəni həyata keçirən "SweetPop" agentliyidir. Agentliyin direktoru Andreas Killander bu barədə deyib: "Zlatan dünya futbolunun ən çox sevilən oyunçularındandır. Onun barəsində hər gün dünyanın müxtəlif ölkələrində minlərcə insan məlumat toplayır. Buna görə də bu layihədə məhz onu seçdik. Bu axtarış sistemində başqa bir insanın adı yazılsa belə, ancaq İbrahimoviçlə bağlı xəbərlər çıxacaq".

A.Killander onu da qeyd edib ki, bu layihəni İbrahimoviçə xəbər etmədən həyata keçiriblər: "Bununla bağlı İbrahimoviçdən razılıq almamışıq. Amma ümid edirik ki, bu ideyamız onun xoşuna gələcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı