Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Yaşar Vahabzadə 55

23:30  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Futbolumuzun canlı əfsanəsi doğum gününü qeyd edir.

Bu gün Azərbaycan futbolunun canlı əfsanələrindən biri, 21 yaşadək futbolçulardan ibarət yığmamızın (U 21) baş məşqçisi Yaşar Vahabzadənin doğum günüdür.
Qazilər.az saytı olaraq biz də qocaman futbolçumuzun 55 illik yubileyini təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.

Həmçinin, oxucularımız üçün Yaşar Vahabzadənin futbola necə gəldiyini, hansı klublarda oynadığını və futbolçu kimi karyerasını başa vurduğu bir dönəmi elə canlı əfsanımizin öz dilindən eşidək:

“1960-cı il aprelin 8-də Bakı şəhərindəki Yasamal yaşayış massivində doğulmuşam. Orta təhsilimi Yasamal rayonundakı 52 nömrəli məktəbdə almışam. Məktəbin həyətində futbol meydançası vardı, orada oynayırdıq. Bir dəfə dedilər ki, bir məşqçi gəlib. Kim xoşuna gəlsə, onu komandasına götürəcək. Sonradan bildik ki, bu, tanınmış mütəxəssis Asif Namazovdur. Asif müəllim futbol oynadığımız vaxt məni yanına çağırdı. “Futbola getmək istəyirsən?” deyə soruşdu. “Bəli” cavabını verdim. Bundan sonra o, məni “Qızıl şərq” adlı komandaya dəvət etdi. Mən də razılıq verdim və komandanın məşqlərinə getməyə başladım. Ardından məhəllələr arasında keçirilən “Sevinc” Kubokunda çıxış etdik. Daha sonra Namazovu FŞM adlandırılan komandaya məşqçi təyin etdilər. O da bizi özü ilə apardı. FŞM-in heyətində Bakı birinciliyində oynadım. Az sonra Azərbaycan yığmasına cəlb olundum. Müxtəlif yarışlarda iştirak edirdik. Orta məktəbi başa vurduğum 1977-ci ildə SSRİ çempionatının II dəstəsində oynayan Bakının “Avtomobilçi” komandasına dəvət aldım. Bu, belə baş verdi: Yığmanın heyətində İran komandası ilə yoldaşlıq görüşü keçirirdik. “Avtomobilçi”nin baş məşqçisi, rəhmətlik Əli Əbilzadə də oyunu izləməyə gəlmişdi. Matçdan sonra məni öz komandasına çağırdı. Beləliklə, “Avtomobilçi”də oynamağa başladım. 2 ildən sonra bu komanda Mingəçeviri təmsil etməyə başladı. Bütün kollektiv Mingəçevirə yollandı. 1982-ci ilin sonunadək orada oynadım. Bu vaxt “Neftçi”nin məşqçilər heyətində dəyişiklik oldu. Yeni baş məşqçi Kazbek Tuayev məni bu komandaya dəvət etdi. 1990-cı ilədək “Neftçi”də oynadım. Sonradan Sumqayıtın “Xəzər”, Bakının “Nicat” və “Dinamo” (hazırkı “Bakı” – red.) komandalarında da çıxış etdim. 40 yaşımda ikən Sumqayıtın “Kimyaçı” klubunun heyətində futbolçu karyeramı başa vurdum. Özü də səssiz-səmirsiz, vida matçı keçirmədən. Səbəbi? Nə bilim, vallah... Bir söz deyən olmadı, mən də elə xasiyyətdə olan insanam ki, gedib heç kimə demərəm ki, mənə vida matçı təşkil edin. Gördüm ki, heç kəs tərəfindən bir hərəkət yoxdur, mən də danışmadım. Futbolçu qismində 40 yaşımı tamamladım. 2000-ci ildə dövrələrarası fasilə müddətində karyeramı başa vurdum”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı