Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Azərbaycandakı və xaricdəki müharibə veteranlarına qayğı - müqayisə kimin xeyrinədir?

18:09  |    09 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Etimad Əsədov: “Bu məsələdə İranla müqayisə olunacaq dövlət yoxdur”; Üzeyir Cəfərov: “Veteranların itirdikləri sağlamlığın qarşısında bu nədir ki?”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Qarabağ müharibəsi veteranlarına və əlillərinə tətbiq edilən və ya təklif olunan imtiyazlarla bağlı səsləndirdiyi qalmaqallı fikirlər bir sıra məsələləri gündəmə gətirib. Azərbaycan və digər ölkələrdə müharibədə iştirak edən və sağlamlıqlarını itirən şəxslərlə bağlı görülən işlər, onlara göstərilən münasibət və yaşayışları müqayisə edilir.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov Azərbaycanı qonşu ölkələrlə belə müqayisə etdi: “Konkret rəqəmlər söyləmək çətindir. Qonşumuz İranda İraq müharibəsinin şəhidlərinə, əlillərinə qarşı münasibət həddindən artıq yüksəkdir. Dünyanın heç yerində o münasibət müharibə iştirakçılarına göstərilmir. O ölkədə şəxsən olmuşam. Əlillərin ofis, kino zalları, istirahət parkları və şadlıq saraylarında olmuşam. Dövlətin onlara qayğısı, faizsiz kreditlərin uzun müddətə verilməsi, pulsuz müalicə çox yüksək səviyyədədir. Onların maşınlarının şüşələrində xüsusi etiket var. Ona görə onlar polisə getmirlər. Qardaş Türkiyədə də yüksək qayğı var. Bizim pulla 90-100 min civarında şəhid ailələrinə yardım edilir. Nəqliyyatdan pulsuz istifadə edilir, yüksək səviyyədə mənzillər tikilir. Şəhid və qazi ailəsinin bir üzvü mütləq məcburi qaydada dövlət qulluğuna götürülür. Hərbi çevriliş cəhdindən sonra bu, iki nəfərə çatdırıldı. Bir ailədən şəhid varsa, həmin ailənin iki üzvü dövlət qulluğuna götürülməlidir. Eşitdiyimə görə, Ukraynada da şəhid ailələrinə 30-40 min civarında qan pulu verilir. Amma bizdə 11 mindir. Bu da verilmir. 2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarına əsasən, həmin pul ödənilməlidir, lakin hələ də verilmir. Həmçinin Rusiyada veteranlara yüksək qayğı göstərilir. Onların da güzəşt və imtiyazları var. Bizdə də bunlar var. Amma düşünürəm ki, yetərincə deyil. Pulsuz dərmanların verilməsi ilə bağlı xəstəxanalarda böyük problemlər var”.



Hərbi ekspert, Qarabağ döyüşçüsü Üzeyir Cəfərov öncə Ukrayna və Belarusda veteranlara xüsusi güzəştlər olduğundan söz açdı: “Azərbaycan Rusiya, Ukrayna, Belarus və digər ölkələrlə xüsusi sənəd imzalamışdı ki, müharibə veteranlarımız bu ölkələrə gedəndə onlara müəyyən güzəştlər olsun, nəqliyyat, müalicə və digər məsələlərdə. Amma təəssüflər olsun ki, bir neçə il bundan əvvəl bu, bizdə ləğv olundu. Səbəbini bazar iqtisadiyyatı, azad sahibkarlıq və digər məsələlərlə bağladılar. Veteran təşkilatların Hadi Rəcəbli ilə son görüşlərində olmadım. Məni dəvət belə etmədilər. İştirak etsəydim, sual verərdim ki, Vətən müdafiəçisi azad sahibkarın da həyatını, torpağını qorumur ki, imtiyazları bu adla ləğv edirlər. Rusiya, Belarus və digər MDB ölkələrində veteranlara böyük güzəştlər verilib. Veteranlar kommunal və digər məsələlərdə dövlətin qayğısını üzərlərində daim hiss edirlər. Müharibə veteranı kimi deyə bilərəm ki, 2012-ci il mayın 1-dən dövlətdən bir qara qəpik belə almırıq. Mənim kimi minlərlə veteran 2012-ci ildən Səlim Müslimovun özfəaliyyəti nəticəsində müavinətdən məhrum olunmuşuq. Bədnam ermənilər müharibə veteranlarına 50 dollar pul verirlər, Rusiyada bunun miqdarı təxminən 100 dollar civarındadır. Ukraynada da çox böyükdür. Bu ölkələrdə hətta nəqliyyatda müharibə əlillərinə yer verməklə bağlı xüsusi qaydalar var. Hadı Rəcəbli deyir ki, dövlət mənzil və avtomobilləri pulsuz verir. Veteranların itirdikləri sağlamlığın qarşısında bu nədir ki? Türkiyədə qazilərə çox böyük güzəştlər edilir. Bizdə özlərinə əziyyət verib bu məsələlərlə ciddi şəkildə məşğul olmurlar. Azərbaycanda bu qədər veteran təşkilatlarının olmasına da ehtiyac yoxdur”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU