Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

AMEA Yüksək Texnologiyalar Parkı yaradılıb

23:08  |    08 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəd iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədilə imzalanıb.
Sərəncamda bildirilir ki, Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.
Qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Sərəncama əsasən, Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU