Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

DİN: Hadı Rəcəblinin polisə çağırılması barədə məlumatlar yalandır

22:16  |    08 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi Milli Məclisin üzvü Hadı Rəcəblinin gəlini barəsində cinayət işi başlanması və həmin faktla bağlı deputatın polisə çağırılaraq ifadəsinin alınması barədə yayılan məlumatlara münasibət bildirib.

Qaziler.az bildirir ki, Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan xəbərin yalan olduğunu deyib: “Suraxanı Rayon Polis İdarəsinə belə bir şikayət daxil olmayıb və belə bir fakt yoxdur. Milli Məclisin deputatı Hadı Rəcəblinin polisə çağırılaraq hansısa vətəndaşa zamin durması barədə yayılan məlumatlar da həqiqəti əks etdirmir. Bu, başdan ayağa yalan, uydurma məlumatdır. Hörmətli millət vəkili polis idarəsinə çağırılmayıb və ondan ifadə alınmayıb”.

E. Zahidov jurnalistlərə müraciət edərək belə xəbərləri yayarkən diqqətli olmağa cağırıb.

Qeyd edək ki, bəzi saytlar Milli Məclisin deputatı Hadı Rəcəblinin dələduzluqda ittiham edilən gəlini Zərifə Beruzova ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə gedərək ifadə verdiyi barədə informasiya yayıb. Həmin məlumatda H. Rəcəblinin polis idarəsində gəlininə zamin duraraq borclu olduğu pulun tez bir zamanda yiyəsinə qaytarılmasına zəmanət verdiyi bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı
13.11.2019
Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb - FOTO
13.11.2019
Sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün təyinatı elektronlaşdırıldı