Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6435

Digər sorğular

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib - FOTO

14:30  |    08 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Erməni yazıçı Vahe Avetyan Xocalı abidəsini ziyarət edib

Azərbaycana Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.

Qaziler.az-ın APA-ya istinadən xəbərinə görə, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə görə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.
Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib. Ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmayıb.

Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: “Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün danışıram. Bu tənqidləri Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı "sülhpərvər"ləri heç zaman etməyib”.

Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan isə üçüncü ölkəyə göndərilib. Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.07.2019
Prezident İlham Əliyev Murad Köhnəqalaya mənzil hədiyyə edib
21.07.2019
Qənirə Paşayeva Taylandın tanınmış təşkilat rəhbərləri ilə görüşüb - FOTOLAR
15.07.2019
Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb
04.07.2019
Erməni girovluğundan azad edilən Elvin İbrahimov xəstəxanadan evə buraxılıb
30.06.2019
Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb - VİDEO