Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

Keçmiş prezidentin xanımı deputat mandatından imtina edib

13:51  |    08 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs deputat mandatından imtina edib.

Qaziler.az-ın APA-ya istinadən məlumatına görə, S. Rulovs Gürcüstan parlamentinə seçkilərdə “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə ikinci yerdə olub. Məlumata görə, S. Rulovs “Vahid Milli Hərəkat” partiyası parlamentdə 27 yer aldıqdan sonra seçkilərin nəticələrinə görə parlamentin deputatı olub. O, majoritar deputatlığa namizəd kimi iki turda - 8-30 oktyabr seçkilərində iştirak edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti Sandra Rulovsun mandatdan imtina etməyi barədə MSK-ya məlumat verdiyini bildirib. MSK bildirib ki, deputatın mandatını ləğv etməyə yalnız parlament səlahiyyətlidir.

Deputat mandatından imtina etdikdən və parlament onun deputat səlahiyyəti dayandırdıqdan sonra MSK onun yerinə siyahı üzrə gələn deputatı parlamentə təqdim edə bilər. Gürcüstan MSK-dan verilən məlumata görə, Sandra Rulovsdan sonra “Vahid Milli Hərəkat” partiyasının siyahısı üzrə 28-ci yeri tutan Kaxetinin eks-qubernatoru Georgi Qviniaşvili parlament üzvü ola bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."