Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6700

Digər sorğular

Azərbaycanda çayların son vəziyyəti açıqlanıb

13:43  |    08 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-220, Kiçik Qafqazın çaylarında 230-400, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-240 faizini təşkil edir.

Qaziler.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, noyabrın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 205 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 140 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 198 m3/s təşkil edərək ongünlük normanın 235 faizinə bərabər olub.

Noyabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 5, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 523 sm (2015-ci il noyabrın 7-də 454 sm), Salyanda 397 sm (2015-ci il noyabrın 7-də 316 sm), Bankədə 275 sm (2015-ci il noyabrın 7-də 234 sm), Araz çayının Novruzlu məntəqəsində isə 234 sm (2015-ci il noyabrın 7-də 174 sm) təşkil edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2020
Nazirlik yoxlamalar apardı - Ciddi nöqsanlar aşkar edildi
18.02.2020
Neft Daşlarında çalışan üç qazinin həyat hekayəsi
17.02.2020
Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
17.02.2020
Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradılıb
17.02.2020
Deputat Vahid Əhmədov: "Mən deyə bilmərəm ki, seçkilər tam demokratik keçirilib" - VİDEO