Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Əlillərin bərpa mərkəzində treninq keçirilib

22:57  |    07 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) üzərində tibbi-sosial ekspertiza xidməti və Əlillərin Bərpa Mərkəzləri arasında elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi ilə əlaqədar qeyd olunan sahələrin əməkdaşları üçün treninq keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov son illərdə nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqinə əsaslanan islahatların tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahələrini də əhatə etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə əlilliyin müəyyən olunması sistemi ilə bağlı aidiyyəti təşkilatlar arasında elektron məlumat mübadiləsinin avtomatlaşdırılmış infrastrukturu qurulub.

TSERAS əlilliyin qiymətləndirilməsi üçün göndəriş formalarının həmin sistem üzərindən elektron formada qəbulunu təmin edir. Bütün əlillik müayinələrinin nəticəsi olaraq qəbul olunmuş qərarlar barədə məlumatlar real vaxt rejimində sistemə daxil edilir. Həmin məlumatları həm müayinəsi keçirilmiş vətəndaşların, həm də aidiyyəti qurumların elektron formada əldə etmək imkanı vardır. Bu da tibbi-sosial ekspertiza xidməti və reabilitasiya üzrə fəaliyyətdə məmur-vətəndaş müraciətlərinin əhəmiyyətli şəkildə azalmasına, şəffaflığın təminatına şərait yaradıb.

N.Məmmədov nazirliyin əlillərin bərpa-müalicə müəssisələrinin fəaliyyətinin də TSERAS-la əlaqəli qurulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, TSERAS əlilliyi olan şəxslər, onların xəstəlik vəziyyətləri və s. barədə dolğun məlumat bazası formalaşdırır ki, bu da əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin həmin elektron məlumatlar əsasında təşkil olunmasına imkan verib. Hazırda əlillərin bərpa mərkəzləri tərəfindən əlillərin qəbulu tibbi-sosial ekspert komissiyalarının, eləcə də səhiyyə müəssisələrinin müvafiq göndərişləri əsasında həyata keçirilir. Həmin göndərişlərin də TSERAS-a daxil edilməsi və əlillərin bərpa-müalicə müəssisələri tərəfindən onların məhz elektron informasiya sistemi üzərindən qəbul edilməsi imkanı yaradılacaqdır.

Bu prosedur tibbi-sosial ekspertiza xidməti və Əlillərin Bərpa Mərkəzləri arasında elektron məlumat mübadiləsi sisteminin daha da təkmilləşməsinə səbəb olmaqla, bərpa müalicəsinə və protez-ortopedik xidmətə cəlb olunanlarla bağlı fəaliyyətə dair elektron informasiya bankının yaranmasını təmin edəcək. Hazırda keçirilən treninq də əməkdaşların bu sahədə texniki bilik və bacarıqlarının formalaşmasına istiqamətlənib.

Daha sonra mövzu ilə bağlı təqdimat olub. Əlillərin Bərpa Mərkəzləri tərəfindən bərpa müalicəsi üçün göndəriş formalarının Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə daxil edilməsi və sistem üzərindən qəbulu, habelə sistemin müvafiq funksional imkanları barədə məlumat verilib.

Tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası sahəsində çalışan əməkdaşların sualları da cavablandırılıb, onlara praktik izahatlar verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU