Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Əhalinin dollara tələbatı yenidən artıb

21:00  |    07 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 65,668 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib.


Azərbaycan Mərkəzi Bankının xəbərinə görə, fevral, aprel və may aylarında əhalidən xalis dollar alışı həyata keçirən banklar, yenidən satışa keçib. Ümumiyyətlə, 2016-cı ildə kommersiya banklarının əhaliyə xalis valyuta satışı 280,999 mln. dollar təşkil edib.

Keçən ilin sentyabrında isə bankların əhaliyə xalis valyuta satışı 93,525 mln. dollar olub.

"Report"un analitik qrupu qeyd edir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda yenidən ABŞ dolları ilə müqayisədə zəifləməsi və neft qiymətlərinin düşməsi ilə bağlıdır.

Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il noyabrın 1-nə 11 187,9 mln. dollar və ya 73,6% azalaraq 4 005,5 mln. dollara enməsinə səbəb olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq