Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

İŞİD Mosulu tərk etsə...

17:10  |    07 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

İraqın Mosul şəhərində İŞİD qoşunlarına qarşı müxtəlif istiqamətlərdən hücumlar davam edir. Ölkədə daxili hərc-mərclik, o cümlədən kürdlərin, şiə və sünnilərin ərazi iddiaları xaos yaradıb. Bundan istifadə edən İŞİD qruplaşması Mosul və bir sıra əraziləri işğal etmişdi. ABŞ generalı Qeri Voleski bildirib ki, İŞİD rəhbərlərinin Mosuldan çıxması barədə xəbərlər var. Terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin isə harada olduğu bilinmir.

İŞİD indi əsas mərkəz sayılan Mosuldan savayı heç bir torpağa sahib deyil. Qərbdən ABŞ və Türkiyə orduları davamlı hücumlar təşkil edirlər. İraq hökuməti Ərdoğanın tapşırıqlarına qərəzli yanaşsa da, vaxtında cümhur başqanı mediada İraq prezidenti Fuad Məsuma layiqli cavabını vermişdi. “ABŞ ordusuna söz keçirə bilməyən İraq bizəmi söz keçirmək istəyir?” - deyə ölkə rəhbəri vurğulayıb. Odur ki, prezident Rəcəb Tayyib Ərdoğan Mosul məsələsində Ankaranın həm sahədə, həm də masada iştirakında israrlıdır. Ankara həmçinin Mosul uğrunda savaşda terrorçu PKK təşkilatının iştirakına yol verməməkdə qərarlıdır.
İŞİD-in davamlı zərbələrə məruz qalması göz qabağındadır. Yerli əhalinin bu savaşda da qurban getməsi istisna deyil. Bacardıqları qədər şəhəri tərk edən əhalinin geri dönüşü isə şübhəsiz məqbul hal sayılmır. Çünki bundan öncə də İŞİD-dən azad edilmiş digər şəhərlərdən köç edən yerli əhali bir daha geri qayıtmamışdılar. Bu isə İraq hökuməti üçün başqa bir problemdi. İŞİD-ə qarşı əməliyyatlardan sonra növbədə dayan məsələlərdən biri budur. Çünki Mosulda İraq İslam Dövləti səngərlər qazıb, barrikadalar ucaldıb, döyüş qovşaqlarında əraziləri minalayıb.

Qeyd edək ki, Mosul uğrunda savaş İŞİD-ə qarşı ən böyük və ən mürəkkəb əməliyyatdır. Bütün bu problemlərə rəğmən İraq və ABŞ hərbçiləri hesab edirlər ki, Mosul əməliyyatında artıq ilkin uğurlar var. İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin "peşmərgə" birlikləri və iraqlı hərbçilər ilkin hədəflərə çatdıqlarını deyirlər. Bu, çox nikbin bəyanatlardır, çünki Mosul əməliyyatı əslində İraqda bir-birilərinə düşmən kəsilmiş qüvvələrin ümumi düşmənə qarşı müvəqqəti ittifaqı sayıla bilər. Mosul əməliyyatının uğurla başa çatmasının İraqdakı dinc nizamlanma prosesində əhəmiyyətli mərhələ olacağı vurğulanır. Gerçəklik isə odur ki, Mosul əməliyyatı İraqdakı vətəndaş savaşının yeni, daha qorxulu formatına dönə bilər.
İŞİD davamlı itkilər verməkdədir. ABŞ və Türkiyə ordusuna qoşulan İraq əsgərləri bu mübarizədə vətəndaş itkisinin də şahidi olur. Müharibə meydanını itkilərsiz təsəvvür etmək olmur. Savaş savaşdır. İŞİD-in bu savaşda Mosulda dayanacağı, yoxsa oranı tərk edəcəyi sual altındadır. Qərb mətbuatı də bu sualın cavabını tapa bilməyib. Ehtimal olunur ki, İŞİD qüvvələri geri çəkiləsi olsa Suriyaya doğru hərəkət edəcək. Bu isə Suriya prezidenti üçün problemlər yaradacaq. “Parazit” İŞİD-çilər harada təməl qoyurlarsa özlərinə məxsus siyasi xəstəliklər gətirirlər. Hesab edək ki, İŞİD çıxıb getdi və Mosuldakı minalanmış və təhlükəsiz ərazilərdə təmizləndi. Lakin daxili çəkişmələr yenə davam edəcək. Qərb mətbuatının şərhlərindən belə nəticəyə gəlmək olar ki, yerli şiə qruplaşması laməkan olub özlərinə konkret torpaq axtarırlar, əsas hədəfdə isə yerli əhalinin köç etməyəcəyi qəbul edilən Mosula sığınmaqdır. Bu isə Mosuldakı sünnilərlə qarşıdurmaya səbəb olacaq. Digər məsələ yerli kürd qruplaşmalarının İraqın Bağdad şəhərində məskən salıb sülh yolu ilə burada Konfederasiya qurmaqdır. Rəsmi Bağdad bu şəhərlərin İraq ərazisi olduğunu, kürdlər isə "Kürdüstan Muxtariyyətinin yaşayış məntəqələri" olduğunu israrla təkrarlayırlar. Belə olan halda sülhün bərqərar olacağına ümid azalır. Şiə türkmənlərin ölkədə ərazi iddiaları hökuməti artıq cana yığıb. Mosul əməliyyatının ilk günündə İraqın baş naziri Heydər əl-Abadi bildirmişdi ki, şəhərə İraq ordusu və polisi girəcək, şiə dəstələri isə ora buraxılmayacaq. Plana əsasən, kürd “peşmərgə”ləri də şəhərə girməyəcək və ya Mosulun kürd səmtlərinə daxil olacaqlar.

Ancaq məsələ bundadır ki, İraq Silahlı Qüvvələrində şiələr böyük üstünlüyə malikdirlər. Şiə dəstələri isə Əl-Fəllucanı azad etdikdən sonra oradakı sünni ərəblərin qara günləri başlamışdı. Zalmay Xəlilzad hesab edir ki, şiə dəstələri əl-Abadini eşitməyə bilər və bu halda münaqişənin miqyası daha da böyüyəcək - Mosulda sünni-şiə konflikti alovlanarsa, məzhəb savaşı bütün İraqı bürüyə bilər: yalnız sünni ərəb şiə ərəbə qarşı deyil, şiə türkmən sünni türkmənə qarşı vuruşacaq.

Kəskin ağrılı dönəm sürən İraq hökumətinin hazırda ən böyük ağrısı olan Mosul digər məsələləri arxa plana çəkib. Xarici qüvvələrin yardımı ölkəni bu xaosdan qurtara bilər. Sözsüz ki, İraq özlüyündə İŞİD-ə qalib gəlmək iqtidarında deyil. Mosula hücumdan sonra Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani, çox yəqin ki, Bağdadla yeni münasibətlər qurmağa çalışacaq. Bu isə kürdlərin müstəqillik elanı, yaxud da Kürdüstan Muxtariyyətinin İraqla konfederasiya yaratmaq istəyinin izharı ilə nəticələnə bilər. İraq hökuməti yaxşı anlayır ki, Mosul əməliyyatının uğurla başa çatdırılması, qələbənin əldə olunması üçün sürət əsas amildir. Məhz əməliyyatın sürəti hadisələrin sonrakı inkişaf məcrasına ən ciddi təsir edəcək. Mosula hücum uzunmüddətli və yorucu savaşlara dönərək hər iki tərəfin ağır itkilər verdiyi prosesə çevrilərsə, şübhə yoxdur ki, kürd "peşmərgə"lər və iraqlı şiələrin hərbi birləşmələri Mosuldakı situasiyadan maksimum istifadə etməyə çalışacaqlar. Məhz bu səbəbdən İraqın baş naziri Heydər əl Abadi Mosul əməliyyatından əvvəl tərəddüddə idi. Əməliyyatın ilk günündə isə o bəyan etdi ki, İraq ordusu və dövlət polisi Mosula girəcək yeganə qüvvələr olacaq. Daha sonra deyildi ki, kürd "peşmərgə"lər yalnız şəhərin kürdlər yaşayan məhəllələrinə girəcək, İranın dəstəklədiyi şiə birlikləri isə məhdud arealda fəaliyyət göstərəcəklər.
Unutmayaq ki, İŞİD-in özü 2009-cu ildə darmadağın edilmiş "İraqda Əl Qaida" terror qruplaşmasının bazasında yaranıb və bu da İraqın sabiq baş naziri Nuri əl Malikinin dönəmində baş vermişdi.
ABŞ prezidenti Barak Obama Mosul əməliyyatının mümkün qədər tez başa çatmasını istəyir. Daha doğrusu, amerikalılar şəhəri noyabrın 8-dək, Birləşmiş Ştatlarda prezident seçkilərinədək azad etmək, bununla da Demokrat Partiyasından olan namizəd Hillari Klintonun mövqelərini möhkəmlətmək istəyirlər. Di gəl, amerikalıların tələsik davranışları İraqdakı hakimiyyət kollapsı ilə bağlı fundamental problemləri daha da ağırlaşdırır.

Rüfət Soltan


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"