Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Xalça Muzeyində “Mənim bayrağım” adlı tədbir keçirildi

17:47  |    07 Noyabr 2016  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xalça Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi tərəfindən “Dövlət bayraq günü” münasibəti ilə “Mənim bayrağım” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açıq elan edən Uşaq Muzeyinin müdiri Azər Abdullayev muzeyin direktoru Şirin xanım Məlikovanın salamlarını və bayram təbrikini iştirakçılara çatdırıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlara və gənclərə tariximiz, milli adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.

Bildirilib ki, millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır.

Sonra Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Mənim bayrağım” adlı rəsm sərgisi və dekorativ - tətbiqi sənətinə aid nümunələrin nümayişi, həmçinin Avrorpa liseyi şagirdlərinin ifasında bayraq gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya qonaqlara təqdim olunub.
Tədbirlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı - VİDEO
20.02.2020
Neftçalanın icra başçısını bitirən səbəblərdən biri - VİDEO
20.02.2020
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO
20.02.2020
Əsas yollarda sürət həddi endirildi
20.02.2020
Hədəfdəki növbəti icra başçısı – Bu gün həbs olunan İsmayılovun qaynı