Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6654

Digər sorğular

“Hadı Rəcəblinin sözləri Azərbaycan ordusuna qarşı açıq sabotajdır“ — Hərbi ekspert

21:15  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Milli Məclisin deputatı Hadı Rəcəbli Qarabağ əlilləri üçün nəzərdə tutulan imtiyazların əleyhinə olduğunu bildirib.

"Deyirlər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, onlar nəqliyyatdan istifadə haqqı ödəməməlidirlər. Bilirsiniz, bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər ki, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar?", - deyə Hadı Rəcəbli bildirib.

Hadı Rəcəblinin səsləndirdiyi fikir cəmiyyətdə ciddi narazılığa səbəb olub.

Deputatın dediklərinə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenent Abuzər Əbilov Ölkə.Az-da münasibət bildirib:

"Hadı Rəcəbli bu gün o millət vəkillərindəndir ki, bilavasitə düşünür ki, ölkə prezidentinin göstəriş və tövsiyyələrinə arxa çevirmək olar. Prezident dəfələrlə məmurlara, dövlət qulluqçularına göstəriş verib ki, veteranlar, şəhid ailələrinə və müharibə əlillərinə maksimum qayğı və diqqət göstərilsin. İndi Hadı o qədər özünü güclü sayır ki, prezidentin tövsiyələrini qulaq ardına vura biləcəyini düşünür?!

Bu çox təhlükəli tendensiyadır. Ölkədə müharibə bitmədiyindən, onu deyərdim ki, belə reaksiya səngərdə olan zabit və əsgərə qarşı sabotaj və pozuculuqdur. Çünki əsgər düşünəcək ki, əgər əlil olarsa, sabah ona qarşı da millət vəkilləri belə mövqe aşılayacaq. Bu isə döyüşən ordunun döyüş ruhuna birbaşa zərbədir. Milli Məclisdə deputatların etika və davranışlarına ciddi müdaxilə etmə vaxtı çoxdan çatıb. Müəllimi divar hörməyə, əsgəri savaşdan küsməyə çağıran belə millət vəkilləri bilavasitə dövlətin möhkəmlənməsinə xələl gətirir və bilavasitə cəmiyyətdə haqlı narazılıqlara gətirib çıxarır. Əgər Hadı Rəcəbli düşünürsə ki, bazar iqtisadiyyatında hər kəs öz əməyi müqabilində hərəkət etməlidir və imtiyazlar haqsızdır, onda işə avtobusla gedib-gəlsin və dövlətin ona ayırdığı bütün imtiyazlardan məhrum edilsin".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR
18.01.2020
Qarabağ qazisinin SEÇKİ PLATFORMASI - BİOQRAFİYASI
18.01.2020
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir
18.01.2020
Baş Prokurorluq sayt rəhbərinə xəbərdarlıq edib
18.01.2020
Sabahın hava proqnozu açıqlanıb