Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

Ərdoğan: “Bakı-Tbilisi-Qars layihəsi bu ilin sonu açılacaq“

20:54  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


"Səkkiz il davam edən qlobal maliyyə böhranının neqativ təsirlərini yalnız islahatlar yolu ilə aradan qaldırmaq olar".

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu qonşu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Maliyyə konqresində çıxışı zamanı bildirib.

"Lazımi islahatların aparılmaması səbəbindən qlobal iqtisadiyyat 2008-ci ildəki həcmə çata bilməyib", - deyə prezident bildirib.

Onun sözlərinə görə, ciddi çağırışlara baxmayaraq, Türkiyə iqtisadiyyatı artım nümayiş etdirir: "Böyük dövlətlərin iqtisadi artım tempi 2% səviyyəsində olduğu halda, qeyri-stabil regionda yerləşən Türkiyənin iqtisadiyyatı 3-4% artıb. Qlobal maliyyə böhranı başlayan zaman mən bildirmişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri buna ciddi yanaşmadı. Lakin reallıq göstərdi ki, bir qədər qeyri-stabilliyi ilə seçilən 2009-cu ili nəzərə almasaq, Türkiyə iqtisadiyyatı rekord templərlə inkişaf etdi".

Ərdoğan bildirib ki, iri layihələrin reallaşdırılması davam etdirilir: "Ölkədə çevriliş cəhdinə baxmayaraq, biz bu layihələrin reallaşdırılmasını davam etdirdik. Onların arasında açılışı bu ilin sonuna planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də var. Bu layihə Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Türkiyəli həkimlərdən Ərdoğana müraciət: “Azərbaycandakı qardaşlarımızla birgə...”
04.07.2020
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
04.07.2020
Ekspert Rusiyanın Ermənistanı silahlandırmasının məqsədini açıqladı
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama