Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Məşhur Gəncə qapıları gürcülərdən geri alınır - FOTO

20:21  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


XII əsrdə gürcülər tərəfindən oğurlanaraq Kutaisi rayonunun Helat monastırında saxlanılan məşhur Gəncə qapılarının geri alınması üçün kampaniya başladılıb.

BakiPost.az xəbər verir ki, bu kampaniyaya "Space” TV-nin keçmiş aparıcısı, tanınmış rejissor İdris Heydərlinin həmin qapıyla çəkdirdiyi şəkli özünün feysbuk hesabında paylaşmasından sonra başlanılıb. Bir neçə soydaşımız Gəncə qapılarının acınacaqlı vəziyyətə düşməsini əsas gətirərək tezliklə onu gürcülərdən geri almaq niyyətlərində olduğunu yazıblar. Hətta hüquq müdafiəçisi Ramiz Zeynalov şəxsi puluyla qapıları alıb Gəncəyə hədiyyə etmək istədiyini, bununla bağlı artıq danışıqlara başlamaq istədiyini bildirib.

Məsələ ilə bağlı BakiPost.az-a danışan İdris Heydərli həmin paylaşımından sonra artıq bir neçə imkanlı şəxsin bu işə maraq göstərdiyini deyib: "Mən burada rəsmi qurumlara müraciət edəcəyəm. Görək, bu qapını necə almaq olar. Biz qapıları pul qarşılığında almaq istədiyimizi də bildirəcəyik. Bu varianta razı olsalar, məbləğdən asılı olmayaraq, razılaşacağıq. Bizim tariximizin bir parçası, Gəncənin simvollarından biri hələ də əsirlikdədir və məhv olmaq üzrədir. Rəsmi qurumlar görünür, onu geri almaq istəmirlər, ya da bu, mümkün olmayıb. Buna görə də, biz bir neçə nəfər fərd olaraq bu işlə məşğul olacağıq. İnanıram, nəticə müsbət olacaq”.

Məlumat üçün bildirək ki, Gəncə qapıları Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılıb və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılır. Helati monastırına gələnlərə guya, Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU