Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Göyçayda XI Nar bayramı başlayıb - VİDEO

19:49  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Göyçay rayonunda XI Nar bayramı başlayıb.

Qaziler.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi məhsul bayramında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları iştirak edirlər.

Tədbirin təşkil olunduğu Göyçay şəhər stadionu xüsusi şüarlar, bayraq, plakat və lövhələrlə bayramsayağı bəzədilib. Göyçayda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarkalar, müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqə və oyunlar keçirilir. Qonaqlara əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxmaq imkanı yaradılıb.

Bayram tədbiri çərçivəsində rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar çıxış edəcəklər. Tədbirdə ən böyük nar da nümayiş olunacaq.

XI Nar bayramı Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib