Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Arif Paşa: “O, hardan bilsin axı müharibə nədir?”

16:18  |    05 Noyabr 2016  |   E-mail  |  Çapa göndər


Deputat Hadı Rəcəbli müəllimləri hədəf seçməsindən sonra bu dəfə də Qarabağ əlillərini hədəfə alıb.

Belə ki, deputatın Qarabağ əlillərinin, müharibə veteranlarının dərman və nəqliyyatdan pulsuz isitfadəsi barədə danışarkən “Bu populizmdir, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?!

Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı” deməsi Qarabağ əlillərinin hiddətinə səbəb olub.



Qarabağ qazisi, Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa Cebhe.info- açıqlamasında millət vəkilinin bu mövqeyini hökumətin mövqeyi kimi qiymətləndirib:

“Bu sözləri ancaq Azərbaycan “deputatı” deyə bilər. Bu insanların qollarından tutub döyüşə, vətəni qorumağa aparmayıblar. Bu insanların çoxu eli-obası, vətəni üçün könüllü şəkildə döyüşüb. Onlar bu vətən üçün döyüşüb, bu hakimiyyət də bunu dəyərləndirməlidir. Ona qayğı, diqqət göstərməlidir. O deputatın müharibədən xəbəri yoxdur. O müharibəyə getsə, o qanı, o şəhidləri, o vəhşəti görsə, gəlib dediklərinə görə hər kəsdən üzr istəyər. O, hardan bilsin axı müharibə nədir, dəhşət nədir? Dünyanın müharibə gedən bütün ölkələrində müharibə iştirakçılarına, veteranlara, qazilərə imtiyazlar, hörmət, diqqət var. O döyüşçülər hakimiyyət üçün yox, vətən, torpaq, müstəqillik üçün döyüşüblər. O döyüşçülər ideologiyaya sahib idilər. Ona görə onlara qarşı bəzilərində belə münasibət formalaşıb. Bu gün Müstəqillik Aktının əleyhinə səs verənlər yüksək vəzifədədirlər, məmurdurlar. Lakin Müstəqillik Aktının lehinə səs verənləri elə itiriblər ki, heç tapmaq olmur. Heç birinin də adı yüksək tribunada səslənmir.

Bu münasibət gənc nəsillər üçün mənfi örnəkdir. Sabah heç bir əsgər səngərdə düşmənə güllə atmayacaq. Artıq onlar bilirlər ki, ölkədə qaziyə, veterana münasibət nə cürdür”.

Cebhe.info
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”