Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Rusiyalı hakerlər Ağ Evin məxfi məlumatlarını ələ keçirdi

15:51  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Rusiyalı hakerlər Ağ Evin kompüter şəbəkəsinə daxil ola biliblər. RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, hakerlər ABŞ prezidenti Barak Obamanın iş qrafikinin detalları kimi məxfi məlumatları əldə etməyə müvəffəq olublar. İnsident Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır. Xüsusi xidmət orqanlarının məlumatına görə, bu indiyədək ABŞ hökumət sistemlərinə edilən haker hücumlarının ən məharətlisidir. Kiber hücum müxtəlif kompüterlər vasitəsilə eyni vaxtda dünyanın müxtəlif yerlərindən həyata keçirilib.
CNN telekanalı araşdırma zamanı müəyyən edilmiş spesifik kompüter kodlarına əsaslanaraq insidentdə Rusiya “izi” olduğunu qeyd edir. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh hələlik verilməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır