Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Türkiyədən Suriyaya keçməyə cəhd edən 7 rusiyalı saxlanıldı

13:30  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Türkiyənin Qaziantep əyalətində son bir neçə gün ərzində Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərmiş Rusiyanın 7 vətəndaşı saxlanılıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə əyalət administrasiyasından verilən məlumatda bildirilir.

“Aprelin 4-də hərbi münaqişədə iştirak etmək məqsədilə Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərən iki Rusiya vətəndaşı saxlanılıb. Onlar Rusiyaya deportasiya edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib. Aprelin 7-də də sərhəddə beş rusiyalı saxlanılıb”, deyə məlumatda bildirilir. Saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.
Qaziantep administrasiyasının martda yaydığı məlumatda Suriyada münaqişə başlayandan İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə sərhədi qanunsuz keçməyə cəhd edən 59 rusiyalı saxlanıldığı qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ermənistan müharibəyə hazırlaşır? - FOTO
03.07.2020
Dünyada virusa yoluxanlar artıb, ölüm halları bir qədər azalıb - Sutkalıq STATİSTİKA
02.07.2020
Rusiya koronavirus dərmanının ixracına başladı
02.07.2020
Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib
02.07.2020
Nursultan Nazarbayev koronavirusdan sağaldı