Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6569

Digər sorğular

İstehlakçıların nəhəng İT şirkətlərinə loyallığı müəyyənləşib

15:33  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı Rabitə və Yüksək Texnologilayal Nazirlyinə istinadla xəbər verir ki, “SurveyMonkey” tədqiqat şirkəti 5 min istehlakçı arasında sorğu keçirərək onların məşhur brendlərə loyallığını müəyyənləşdirib. Reytinqdə birinci yeri “Samsung” şirkəti tutub.

2014-cü ilin dördüncü rübündə aparılan tədqiqata görə, istifadəçilərin "Samsung”un məhsul və xidmətlərinə sədaqət göstəricisi 100 mümkün baldan 35 bal səviyyəsində qiymətləndirilib. Bu göstərici digər elektronika və proqram təminatı istehsalçıları arasında ən yüksək olub. Cənubi Koreya istehsalçısı sorğunun nəticələrinə görə 28 bal toplayan “Apple” şirkətini üstələyə bilib. Eyni göstəriciyə ABŞ-ın fərdi maliyyə işlərinin aparılması və kiçik biznesin idarə olunması üçün xidmətlərin yaradılmasında ixtisaslaşan "Intuit” şirkəti nail olub.

“Adobe” (13 bal) və “Microsoft” (-8) şirkətlərinin nəticələrini də qeyd etmək lazımdır. “Microsoft”un mənfi göstəricisi istehlakçıların onun məhsul və servislərinə mənfi münasibətini əks etdirir.

Bundan başqa, “SurveyMonkey” mütəxəssisləri insanların aparıcı İT şirkətlərində müştərilərə göstərilən texniki xidmətin səviyyəsi ilə bağlı fikirlərini öyrəniblər. Burada aktivində 41 faiz səs toplayan “Apple” şirkəti liderdir. İkinci və üçüncü yerdə müvafiq olaraq 25 və 24 faizlə "Samsung” və “Intuit” qərarlaşıb. “Microsoft” bu reytinqdə də 19 faiz toplamaqla rəqiblərindən geri qalıb, lakin göstəricisi 16 faiz təşkil edən “Adobe” şirkətini qabaqlayıb.

Britaniyanın “Brand Finance” konsaltinq agentliyinin 2015-ci il üçün olan məlumatına görə, “Apple” 128,3 milyard dollarlıq (bir il əvvəldən 23 faiz çox) qiymətləndirmə ilə hələ də ən bahalı brenddir. "iPhone” və “iPad” istehsalçısından sonrakı yeri 81,7 milyard dollarlıq (illik hesablamada 4 faiz artım) göstərici ilə “Samsung” tutub.

Liderlər üçlüyünə il ərzində markası 12 faiz bahalaşaraq 76,7 milyard dollar təşkil edən “Google” şirkəti də daxildir. Dördünü yerdə “Microsoft” yer alıb (67,1 milyard dollar, 2014-cü ilə nisbətdə +7 faiz), - “DailyComm” yazır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış