Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Azad Rəhimov İslam Oyunlarına xərclənəcək büdcəni açıqladı

04:29  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Qol.Az-ın "Report" informasiya agentliyinə istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

Azərbaycanın İslam dünyasında rolu ilə bağlı fikir bildirən A.Rəhimov ölkənin İslam Oyunlarına namizədliyinin irəli sürülməsindən və bu qərarın dəstəklənməsindən danışıb.

"Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq. Öz gücümüzü səfərbər edərək bu yarışları yüksək səviyyədə təşkil etməyə nail olacağıq" - nazir qeyd edib.

A.Rəhimov İslam Oyunlarının büdcəsindən də danışıb: "Evsahibliyi sazişləri müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq atletlər kəndi İslam Oyunları zamanı da istifadəyə veriləcək. Büdcədən danışmaq tezdir. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".
Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb:

"Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, səhv etmədən mədəni proqramlar da təşkil edək".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı