Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

“Xəzər Lənkəran“da qələbə həftəsi

03:21  |    08 Aprel 2015  |   E-mail  |  Çapa göndər

"Xəzər Lənkəran”ın bölgə yarışlarında iştirak edən 5 komandasının hamısı paytaxtda keçiriləcək pley-off yarışlarına vəsiqə qazanıblar.

Qol.Az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni reqlamentə əsasən qalib komanda tək oyun nəticəsində müəyyənləşməli idi. Komanda aşağıdakı nəticələri göstəriblər:

U-10 Liqası: "Xəzər Lənkəran” 3:1 "Neftçala”
U-11 Liqası: "Xəzər Lənkəran” 7:0 "Astara”
U-12 Liqası: "Xəzər Lənkəran” 9:0 "Neftçala”
U-13 Liqası: "Xəzər Lənkəran” 3:0 "Neftçala”
U-14 Liqası: "Xəzər Lənkəran” 3:1 "Neftçala”

Qeyd edək ki, U-10, U-11, U-12 və U-13 komandalarını Röyal və Xəyal Abbasov qardaşları, U-14 komandasını isə İqbal Babayev çalışdırır.

Bundan əlavə ötən həftə U-16 liqasında "Xəzər Lənkəran” "Şirvanı” böyük hesabla məğlub etdi – 4:1. Komandanın qollarına Kənan Səfərov, Kamal Dənziyev və Hikmət Nağıyev (2) imza atıblar.

Bugün isə U-15 Liqasında növbəti turun oyunları baş tutub. Doğma meydançada "Fortuna”nı qəbul edən Namiq Qarayevin yetirmələri 2:0 hesablı qələbəyə seviniblər. Qollara Xəqani Sadıqov və Nurlan Fərəcli imza atıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı