Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6951

Digər sorğular

Azərbaycan Prezidenti Türkiyənin Baş nazirini təbrik edib

22:35  |    28 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırıma təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Baş nazir, Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Türkiyə bu gün özünün iqtisadi yüksəlişi və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır. Dövlətçiliyinə qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxması Türkiyənin bir dövlət kimi qüdrətini, eləcə də ölkədəki sarsılmaz dövlət-xalq vəhdətini bir daha əyani şəkildə nümayiş etdirdi.

Azərbaycanla Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri, ortaq mənəvi dəyərlər və həmrəylik birləşdirir. İnanıram ki, ölkələrimizin birliyi və müttəfiqliyi bundan sonra da xalqlarımızın rifahına, qarşıya qoyduğumuz vəzifələrin həllinə, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və rifah arzulayıram.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.07.2020
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
10.07.2020
Moskvadan ermənilərə qəzəbli mesaj: “Xəritəyə baxın!..”
09.07.2020
Rusiya Azərbaycanın təklifini dəstəklədi
09.07.2020
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
08.07.2020
Türkiyəli həkimlərdən Ərdoğana müraciət: “Azərbaycandakı qardaşlarımızla birgə...”