Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7006

Digər sorğular

Toni Bleyer Devid Kemeronu tənqid edib

21:46  |    07 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Toni Bleyer: Böyük Britaniyanın Avropa İttifaqından çıxması xaosa səbəb olacaq

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının xaosa səbəb olacağını bildirən keçmiş Baş nazir Toni Bleyer bu planla bağlı hazırkı hökumət başçısı Devid Kemeronu tənqid edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Baş nazir Devid Kemeron bir ay sonra keçiriləcək seçkilərdə qələbə qazanacağı təqdirdə ölkənin Avropa İttifaqından çıxmasına dair referendum keçirməyi vəd etmişdi.

Toni Bleyer deyib ki, bu halda iş yerləri təhlükə qarşısında qalacaq, investisiya qərarları təxirə salınacaq və ya ləğv olunacaq, Britaniya iqtisadiyyatı isə çətin proqnozlaşdırılan vəziyyətə düşəcək.

Mühafizəkarların fikrincə, Leyboristlər Partiyasının keçmiş lideri Toni Bleyerin seçkiqabağı kampaniyaya müdaxilə etməsi leyboristlərin hazırkı lideri Ed Milibandın mövqeyinin zəif olmasının sübutudur.

Britaniyanın Avropa İttifaqında üzvlük məsələsi mayın 7-də keçiriləcək seçkilərə təsir edə biləcək əsas amillərdəndir. Mühafizəkarların lideri Devid Kemeron 2017-ci ildə referendum keçirməyi vəd etsə də, onun özü Avropa İttifaqında islahatlar aparılacağı təqdirdə qurumda qalmağın tərəfdarıdır. Leyboristlər Aİ-dən çıxmağın əleyhinə, Müstəqillik Partiyası isə lehinədir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.08.2020
Tramp: “Bayden qalib gəlsə, amerikalılar Çin dilini öyrənməli olacaq”
12.08.2020
ÜST-dən virusa qarşı ilk peyvəndlə bağlı açıqlama
12.08.2020
Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsirləri ortaya çıxdı
12.08.2020
Rusiyalı nazirdən COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət
12.08.2020
Tramp brifinqi yarımçıq tərk etməsinin səbəbini açıqladı - VİDEO