Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

“Uzaq Şərq”də ölən azərbaycanlıların sayı məlum oldu

19:58  |    07 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Onların ailə üzvləri Saxalinə gediblər

Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin taleyi naməlum olan 3 azərbaycanlı heyət üzvünün öldüyü məlum olub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987) və Şəkərov Fazil Hilal oğlunun (23.10.1959) meyitləri tapılaraq Saxalinə aparılıb. Hər üç azərbaycanlının ailə üzvləri meyitlərə baxış keçirmək üçün Saxalinə gediblər.

Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov APA-ya bildirib ki, xilas olunanları və cəsədləri sudan çıxarılanları daşıyan “Andramed” gəmisi bu gün Saxalin vaxtı ilə saat 10:00 radələrində Korsakov limanına çatıb: “Xilas olunan dörd azərbaycanlı xəstəxanaya yerləşdirilib. Onlardan birinin - Mayılağa Talıbovun vəziyyəti ağırdır. Taleyi naməlum olan üç nəfərin isə öldüyü məlum olub. Hazırda həmin şəxslərin ailələri Saxalindədirlər. Artıq həyatlarını itirmiş Fazil Şəkərovun və Məhəmmədəli Səfərovun qardaşları onların cəsədini tanıyıb”.

Diaspor rəhbəri baxış keçirildikdən sonra meyitlərin Azərbaycana göndəriləcəyini söyləyib: “Muradəli Məhərrəmov Naxçıvana, Fazil Şəkərov Astaraya, Məhəmməd Səfərovun cəsədi isə Zaqatalaya göndəriləcək”.

N. Hətəmov deyib ki, ölən azərbaycanlıların cənazələrinin Azərbaycana göndərilməsini “Uzaq Şərq” gəmisinin sahibi olan firma öz üzərinə götürüb.

Qeyd edək ki, Oxot dənizində "Uzaq Şərq" adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək