Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6944

Digər sorğular

Nazir tort qalmaqalına görə istefa verdi

17:32  |    07 Aprel 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Federasiyası Krasnoyarsk diyarının mədəniyyət naziri Yelena Pazdnikova bu günlərdə baş vermiş tort qalmaqalına görə vəzifəsindən istefa verib.

Lenta.ru-nun verdiyi məlumata görə, region administrasiyasının saytında Y.Pazdnikovanın şəxsi istəyi ilə istefaya getdiyi bildirilib.

Bu günlərdə baş vermiş qalmaqala görə, sabiq nazirin sərt tənqidlərə məruz qaldığı deyilir.

Belə ki, martın 26-da Böyük Vətən Müharibəsinin ildönümü ilə əlaqədar keçirilən Kulinariya Sərgisində VIII “Sibirin ən yaxşı şirniyyatçısı” çempionatı müsabiqəyə buraxılmış tortların qeyri-adiliyi ilə diqqəti çəkib. Tortların üzərində II Dünya Müharibəsində istifadə olunan simvollar, müharibə səhnələri, ölən əsgərlərin dəfni və hətta körpə uşaqların ölməsi təsvir olunub. Bu isə internetdə müzakirələrə və bir çox insanın hiddətinə səbəb olub. Müsabiqəni tənqid edənlər buna görə Y.Pazdnikovanın məsuliyyət daşıdığını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Hücum cəhdinin qarşısı alındı, sərhəddə zərərsizləşdirildilər - Türkiyə Müdafiə Nazirliyi
05.07.2020
İş adamı koronavirusdan qorunmaq üçün özünə qızıl maska düzəltdirdi - VİDEO
05.07.2020
Krımı ilhaq edənləri bağışlamayacağıq - Zelenski
05.07.2020
Koronovirusun ikinci dalğası noyabr-dekabr aylarında başlanacaq? - EHTİMAL
05.07.2020
Türkiyə bizə meydan oxuyur - Afina