Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Rusiyanın Xəzər donanmasının gəmiləri İranın Bəndər-Ənzəli limanına yan alıb

03:59  |    19 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Rusiyanın Xəzər donanmasının gəmiləri toplanış səfəri çərçivəsində İranın Bəndər-Ənzəli limanına qeyri-rəsmi baş çəkib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmiləri Xəzər dənizində toplanış səfərini davam etdirirlər. Heyətlər artıq silahların istifadəsi və şərti düşməninin raket zərbələrindən yayınmaya dair təlimlər keçiriblər.

“Hazırda Xəzər donanmasının gəmiləri iki ölkənin donanmasının inkişafı və onların əməkdaşlığının möhkəmləndirilməsi çərçivəsində İranın Bəndər-Ənzəli limanına yan alıb”, - deyə məlumatda bildirilir.

Rusiyalı dənizçilərin İranın Hərbi-Dəniz Qüvvələri komandanlığının və Bəndər-Ənzəli rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulub. Hərbçilər üçün ekskursiya təşkil olunacaq. Həmçinin rusiyalı və iranlı dənizçilər arasında idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Rusiya Xəzər donanmasının “Tatarstan” və “Qrad Sviyajsk” raket gəmilərinin Xəzər dənizində toplanış səfəri çərçivəsində Qazaxıstanın Aktau limanına səfər etməsi planlaşdırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Rusiyada Paşinyanın siqaret qaçaqmalçılığı araşdırılır
06.06.2020
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını blokladı - Səbəb
06.06.2020
ABŞ-dakı irqçiliyə qarşı etiraz aksiyaları dəstəkləndi
06.06.2020
Dünyada koronavirusa yoluxanların sutkalıq STATİSTİKASI
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...