Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Aydın Əliyev: “Gömrük rüsumlarının artırılmasında məqsəd...”-VİDEO

19:50  |    18 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

"Bəzi məhsullar üzrə gömrük rüsumlarının artırılmasında məqsəd daxili bazarın qorunmasıdır". APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

“Mal çeşidləri ilə tanış olsaq, biz görərik ki, burada ən çox meyvə, tərəvəz və şirələr üçün gömrük rüsumları artırılıb. Bəzən KİV nümayəndələri deyirlər ki, alkoqollu içkilərin də gömrük rüsumları artırılıb. Amma belə deyil, orada söhbət alkoqolsuz içkilərdən gedir”, - deyə A.Əliyev qeyd edib.


Komitə sədrinin sözlərinə görə, gömrük rüsumlarının artırılması ilə bağlı təklif bir neçə təşkilatdan daxil olub.

“Burada əsas məqsəd daxili bazarın qorunmasıdır. Bu barədə əvvəllər də demişdim. Səmimi desək, bu gün Azərbaycanda toyuq məhsulları və yumurta idxalatda rəqəm olaraq böyük bir yer tutmur. Sadəcə, daxili bazarın qorunması ilə bağlı bu bizə lazım idi. Keçən il Rusiya Gömrük Xidməti ilə yaşıl koridorun tətbiqini nəzərdə tutan sənəd imzalamışıq. Biz həm ərzaq təhlükəsizliyini yerinə yetirməliyik, həm də ölkə üçün ixracyönümlü məhsulların istehsalına şərait yaratmalıyıq. Azərbaycanın kənd təsərrüfatı məhsulları nəinki Rusiyada, o cümlədən MDB məkanında yaxşı tanınır. Biz də şərait yaratmalıyıq ki, ixracı daha da inkişaf etsin. Bu addım qiymət artımına səbəb olmayacaq. Məqsəd daxili istehsalın qorunması və daha da inkişaf etdirilməsinə nail olmaqdır”, - deyə komitə sədri bildirib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb