Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7318

Digər sorğular

ABŞ-ın Montana ştatında 18 oktyabr “Azərbaycanın Müstəqilliyi Günü” elan edilib

14:58  |    18 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Qaziler.az-a verilən məlumata görə, ştatın qubernatoru bunu Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə ünvanladığı xüsusi təbriknamədə bildirib.

S. Bullok Azərbaycanın müstəqilliyinin və azadlığının bərpası və qorunub-saxlanılması yolunda Azərbaycan xalqının göstərdiyi əzmkarlığı alqışladığını vurğulayıb.

O, son 25 ildə Azərbaycan Respublikasının müxtəlif dini etiqad və mədəniyyət daşıyıcılarının sülh içərisində birgə yaşayışı üçün beynəlxalq aləmdə uğurlu model kimi tanındığını qeyd edib. Sonda qubernator 18 oktyabr tarixini Montana ştatında “Azərbaycanın Müstəqilliyi Günü” elan etməkdən şərəf hissi duyduğunu vurğulayaraq, ştatın bütün sakinlərini bu əlamətdar bayram sevincinə qoşulmağa çağırıb.

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval da azərbaycanlıları təbrik edib.

Qubernator Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna xüsusi təbrik şəhadətnaməsi göndərərək , Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə xoş arzularını çatdırıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox Şuşa”
27.01.2021
Putin Dağlıq Qarabağla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
27.01.2021
Zərif Paşinyanla görüşdə: “İranda Paşinyana böyük hörmət bəslənir”
27.01.2021
Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə ediblər
27.01.2021
Qarabağda qan tökülməsini dayandırdıq, indi bunu etməliyik - Putin