Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

UNEC-də yenilik: “Elm aylığı”

15:23  |    18 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

“Ümumdünya Elm Günü” münasibəti ilə İqtisad Universitetində (UNEC) “Elm aylığı”na start verilib.

UNEC-in mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, plana uyğun olaraq, oktyabr ayının 10-dan etibarən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
Belə ki, Azərbaycanın tanınmış elm xadimləri və iqtisadçılarının da qatılacağı tədbirlərdə elmi seminarlar, dəyirmi masalar keçiriləcək, elmi müzakirələr və xüsusi diskussiyalar təşkil olunacaq.

“Elm aylığı”nda “Elmin insan inkişafında rolu”, “Elmi tədqiqatlarda İKT-nin rolu”, “Elm və təhsil vəhdətinin yeni dizaynı”, “UNEC-də elmi və pedoqoji kadrların hazırlığı məsələləri” və digər mövzuda müzakirələr aparılacaq. UNEC-də “Elm aylığı” çərçivəsində fakültələrdə tematik dəyirmi masalar təşkil ediləcək, eyni zamanda iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələr dinləniləcək.
Bundan başqa, “Elm və təhsilin vəhdəti” mövzusunda TEDx beynəlxalq konfransının keçirilməsi də UNEC-də təşkil olunan “Elm aylığı”na daxil edilib. “Ümumdünya Elm Günü” münasibəti ilə noyabr ayının 10-da keçiriləcək son toplantıda “Elm aylığı”na yekun vurulacaq və müvafiq komissiya tərəfindən qiymətləndirilən elmi məqalələr müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

“Elm aylığı” çərçivəsində UNEC-in tədqiqatçı alimləri ilə yanaşı, ölkənin nüfuzlu elm adamları və ekspertlərinin iştirakı ilə “İqtisadiyyat üzrə nobel mükafatçıları haqqında məruzələr” mövzusunda tədbir keçirilib.



UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, UNEC artıq uzun müddətdir ki, “Elm günləri”, “ Elm həftəsi”nə ev sahibliyi edir. “Elm aylığı”nın əsas məqsədi UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etməkdən ibarətdir.
Ə.Muradov universitetdə pedaqoji heyətlə tədqiqatçı alimləri bir-birindən ayırmağın vaxtının çatdığını, tədqiqat apara biləcək alimləri müəyyən etməyin vacib olduğunu xüsusi vurğulayıb.
Ə.Muradov qeyd edib ki, nüfuzlu elmi jurnallarda məqaləsi çap edilən UNEC əməkdaşlarına artıq mükafatlar verilir. Tədqiqatçı alimləri bir araya gətirmək üçün “UNEC ekspert” jurnalı dərc edilir.
“Hədəfimiz UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməkdir” deyən Ə.Muradov məqsədə çatmaq üçün təkliflərini də səsləndirib: “Magistrlər və doktorantlar elm rəhbərlərini seçərkən UNEC-in reytinq siyahısında elmi fəaliyyəti ilə fərqlənənlərə üstünlük verilsin”.

“XXI əsr Tədris Mərkəzi”nin rəhbəri Etibar Əliyev isə bildirib ki, Nobel mükafatının sahiblərinin müəyyənləşdirilməsi dünyanın diqqət mərkəzində olan bir hadisədir. Bu baxımdan, UNEC-də “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin dinlənilməsi təqdirəlayiqdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.10.2019
Bakının Xətai rayonunda və Şəmkirdə qaz təminatında fasilələr yaranacaq
10.10.2019
Ağcabədi “ASAN Həyat” qazlaşdırılacaq
10.10.2019
Samuxda qaz olmayacaq
09.10.2019
Bu gün 4 rayonda qaz olmayacaq
08.10.2019
Bu rayonlarda qaz kəsilib - Xətlər zədələnib