Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Sabahdan SOCAR istiqrazları təkrar bazara çıxarılır

01:29  |    18 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər


Sabahdan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları Bakı Fond Birjasında təkrar bazara çıxarılır.

Qaziler.az bildirir ki, fonddan "Report"a verilən məlumata görə, SOCAR istiqrazlarının anderrayteri olmuş PSG-Kapital İnvestisiya Şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş market-meykeri olmaqla onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək.
“PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişlərini (kotirovkaları) təqdim edəcək.
SOCAR birja üzvü olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsilə SOCAR tərəfindən təmin olunacaq.
SOCAR istiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda "ASAN xidmət"in 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.
Qeyd edək ki, SOCAR istiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də yerləşdirilməsi oktyabrın 14-də saat 11:26:14-də həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 mln. ABŞ dolları olmaqla tam həcmdə yerləşdirilib. SOCAR istiqrazlarına ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb. Beləliklə, tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı Emissiya Prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) istiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib. Oktyabrın 17-də istiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb. Beləliklə, istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması oktyabrın 17-dən etibarən başlayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb