Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

BMT Türkiyə ilə Rusiyadakı işsizlik və QİÇS haqda

19:38  |    17 Oktyabr 2016  |   E-mail  |  Çapa göndər

BMT işsizlik və işçi qüvvəsi ilə bağlı növbəti hesabatını hazırlayıb.

BMT-nin Azərbaycandakı ofisindən virtualaz.org saytına bildiriblər ki, hesabatda dünyada 37 milyondan artıq insanın daimi iş yerinə ehtiyacı olduğu qeyd edilib.

“Bərabərsizliklərlin azaldıması üçün formal sektorda daha aşağı vergilər, bacarıqların inkişafı və sosial müdafiə üçün sərmayələrin artırılması tələb olunur. Dünyanın işlək əhalisinin üçdə birinə, yəni 37 milyondan artıq insanın qeyri-rəsmi və ya həssas işlərdə olması Şərqi Avropa, Türkiyə və Mərkəzi Asiyada sosial təhlükəsizlik şəbəkələrini artmaqda olan təhlükələrlə üz üzə qoyur”,-hesabatda deyilir.

BMT mütəxəssisləri hesab edilər ki, Avropa İttifaqı və Rusiya Federasiyasında müşahidə olunan aşağı əmtəə qiymətləri, zəif artım templəri bir çox insana iş yeri tapmaqda və yaxud səhiyyə, təhsil kimi əsas xidmətlərə çıxış imkanı əldə etməkdə çətinliklər yaradıb.

Qadın, mühacir işçilər, gənclər və qaraçılar kimi etnik azlıqlar xüsusilə diqqətdən kənarda qalmaq riski ilə üzləşirlər. Məsələn, qadınların işə qəbul olunması ehtimalı kişilərlə nisbətdə 30 faiz daha azdır, lakin qadınlar evdə iki dəfə yarım daha çox ödənişsiz işlərin öhdəsindən gəlirlər.

Bundan əlavə, son 15 il ərzində QİÇS səbəbindən ölüm halları üçqat artıb və bunun başlıca səbəblərindən biri də bu xəstəliyin profilaktika və müalicəsinin ən çox marqinallaşan qruplara əlçatmaz olmasıdır.

Bu problemlərin əksəriyyəti rəsmi statistikalarda əhatə olunmayan ayrı- seçkilik və sosial təcrid proseslərini əks etdirir. Hesabatda Dünya Bankı və Transparency International təşkilatlarının rəqəmlərinə edilən istinad göstərir ki, böyük sayda insan ikiyanaşmalı ədalət sisteminin olmasına inanır, sorğu iştirakçılarının üçdə biri isə tibbi müalicə üçün rüşvət verdiklərini bildirir. “Regionun bir çox ölkəsində iş yerlərinin nisbi təhlükəsizliyi, sosial xidmətlərə azad və bərabər çıxış, daha kiçik səviyyədə gender bərabərliyi mövcuddur. Həssaslıq və təcrid prosesləri artdığı dövrdə onlar dünyanın digər bölgələrindəki cəmiyyətləri xatırlatmağa başlayırlar” – bu fikirləri isə BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Cihan Sultanoğlu qeyd edib.

“Risk Altında Tərəqqi” adlanan hesabatda, həmçinin hər il təxminən 65 milyard dollara bərabər vəsaitin qeyri-qanuni maliyyə axınları şəklində (qeydə alınmayan xarici ticarət əməliyyatları nəticəsində) regiondan çıxarıldığı qeyd edilir. Bu vəsaitlərin hətta bir qisminin qeydə alınması Şərqi Avropa, Türkiyə və Mərkəzi Asiya ölkələrində yeni iş yerlərinin yaradılması, sosial ədalət şəbəkəsinin genişləndirilməsi və gender bərabərsizliyində mövcud olan boşluqların aradan qaldırılmasına sərmayə yatırmaq üçün böyük imkanlar açacaq.

Eyni zamanda bu, region ölkələrinə yayda Əddis-Əbəbədə razılaşdırılan, qeyri-qanuni maliyyə axınlarının azaldılması da daxil olmaqla yerli resursların artımını dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün əsas şərt kimi müəyyən edən qlobal inkişafın maliyyə gündəliyini yerinə yetirməkdə kömək edə bilər. Keçən ilin payızında BMT-də 2030-cu ilə qədər razılaşdırılan-qlobal inkişaf gündəliyi kimi tanınan dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində həyata keçirilməsi prosesində maliyyə məsələləri əsas problem kimi ortaya çıxmaqdadır.

Hesabat formal məşğulluğu təşviq etmək üçün region ölkələrində işçi qüvvəsinə tətbiq olunan vergini azaltmaqla, onlara sosial qayğının və hüquqlarının daha yaxşı müdafiəsinin təmin olunmasına çağırır.

Bundan əlavə, sosial yardımın asanlaşdırılması və evdə işləmək ehtimalı qadınların təhsil, məşğulluq və gəlir imkanlarını yaxşılaşdıracaq. Bu da öz növbəsində iqtisadi artımı sürətləndirə və cəmiyyətin hər bir üzvünün rifahını yaxşılaşdıra bilər.

Aha bir vacib məqam. Ölkədə vergi intizamının artırılması, qeyri-qanuni kapital axınlarının müəyyən edilməsi və bərpa olunmayan yanacaq növlərinin hasilatı və emalı kimi ətraf mühitə ziyan vuran iqtisadi fəaliyyətlərə daha yüksək vergilərin tətbiqi büdcə gəlirlərini artıra və daha yaşıl iqtisadiyyata, eləcə də daha bərabər cəmiyyətə keçidi təmin edə bilər.

Qeyd olunanlarla bərabər, hesabat bərabərsizliklərə dair etibarlı və müstəqil məlumatları toplamaq üçün statistika sahəsində çalışanların bacarıqlarını artırmağa, habelə həssas qrupların ehtiyaclarına daha səmərəli cavab verməyə çağırır. Müəlliflərin fikrinə əsasən, sözügedən səylər dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin daha geniş islahatlarını tələb edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Lənkəran, Xırdalan və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılıb
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb